Bu gün Norveçdə iyulun 22-də törədilmiş iki terror aktının qurbanları bir dəqiqəlik sükutla yad olunacaq.
Norveçin baş naziri və krallığın ailə üzvləri Oslo Universitetində matəm sükutunda iştirak edəcək.
Norveçlə həmrəyliyini bildirmək üçün İsveçdə də terror qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq.
Terror aktlarını törətmiş 32 yaşlı qatı sağçı xristian fundamentalist və antimüsəlman Anders Breivik bu gün məhkəmə qarşısına çıxarılacaq.
Vəkili bildirib ki, o hər iki terroru özü törətdiyini bildirib. Anders Breivikin Osloda törətdiyi partlayış və Utoya adasındakı gənclər düşərgəsinə etdiyi silahlı hücum nəticəsində 93 adam ölüb, 100-dən çox adam yaralanıb. Bir neçə adam isə itkin düşüb.