NAZİRLƏR QƏBƏLƏ RLS-İ MÜZAKİRƏ ETDİLƏR
İyulun 25-də Bakıda Rusiya ilə Azərbaycanın müdafiə nazirləri Qəbələdə yerləşən, sovetdən qalma radiolokasiya stansiyasını müzakirə ediblər.
Müdafiə Nazirliyi bu müzakirə haqda detallı məlumat vermir. Bircə cümlə ilə kifayətlənir. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayev AzadlıqRadiosuna deyib ki, onlarda bu haqda geniş məlumat yoxdur, əlavə məlumat olsa verəcəklər.
Nazir özü isə Bakıda jurnalistlərə deyib ki, Rusiya bundan sonra da Qəbələ RLS-i istismar etmək niyyətindədir.
RUSİYA QƏBƏLƏ RLSi MODERNLƏŞDİRMƏK İSTƏYİR
«Biz Qəbələ RLS ilə bağlı təkliflərimizi hazırlamışıq. Bundan əlavə, stansiyanın modernləşdirilməsini təklif etməklə onları genişləndirmişik».
Turan İA xəbər verir ki, yaxın günlərdə bu məqsədlə işçi qrup yaradılacaq. Qrup Bakıya gələcək və 2 həftə ərzində Azərbaycan tərəfi ilə birgə RLS-in gələcək istismarına dair texniki məsələləri hazırlayacaq. Serdyukov həmçinin bildirib ki, avqustun 15-dən sonra o və Əbiyev Qəbələ RLS-in istifadəsi üzrə sazişin hər bəndini hərtərəfli müzakirə edəcəklər.
Bu gün Serdyukov prezident İlham Əliyevlə görüşüb. Çərşənbə axşamı onun Qəbələ RLS-ə gedəcəyi gözlənilir.
1985-ci ildə sovetlərin qurduğu bu stansiya raketdən müdafiə sisteminin mühüm elementidir. SSRİ-nin süqutundan sonra stansiya Azərbaycana miras qalıb.
2002-ci ildəsə Azərbaycan bu stansiyanı Rusiyaya ildə 10 milyon dollara icarəyə verib. İcarə müddəti gələn il başa çatır.
Bir qədər əvvəl Azərbaycan icarə haqqını artıracağını bildirib. Xarici işlər nazirinin müavini Araz Əzimov deyib ki, Bakı müqavilənin müddətini uzatmağa hazırdır, amma onun şərtlərinin dəyişdirilməsini istəyir. O, Bakının istədiyi yeni icarə məbləği haqqında bir məlumat verməyib. Yalnız onu bildirib ki, risklərin artması və onun əhəmiyyətinin yüksəlməsinə görə icarənin məbləği də qaldırılmalıdır.
«TƏRƏFLƏR RAZILIĞA GƏLİBLƏR»
«Doktrina» Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinli:
«Son məlumatlar göstərir ki, artıq tərəflər arasında Qəbələ RLS-in Rusiyaya uzun müddətə icarəyə verilməsi ilə bağlı razılaşma var. Şifahi razılaşma olduğu görünür. Məncə, Bakı son iki-üç ayda Qərblə bu yöndə məsləhətləşmələr keçirib. Ötən müddətdə Qərbdən bununla bağlı hər hansı mövqe olmayıb, bu da onu göstərir ki, Qərb buna etiraz etməyib. Nə gözləmək olar? Yaxın müddətdə razılaşma imzalanacaq ki, RLS Rusiyaya icarəyə verilsin».
Azərbaycanda bir çox ekspertlər hesab edir ki, Bakı icarə haqqını artırmaqda haqlıdır. Hətta bu məsələdə israr etməlidir. Cəsur Sümərinli bu rəqəmin əvvəlki kimi ilə 7-10 milyon dollar yox, 50 milyon dollar ola biləcəyini düşünür.
«QƏBƏLƏ RLS ALVER PREDMETİNƏ ÇEVRİLƏ BİLƏR»
«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da deyir ki, 10 milyon dollar artıq Azərbaycanı qane də bilməz. Çünki on il əvvəllə müqayisədə bu rəqəm gülməli görünür.
Amma ekspertlərə görə, Bakı təkcə icarə haqqında israr etməməlidir. Həm də Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində Qəbələ RLS kartından istifadə edə bilər. Bu nə qədər çətin olsa da. Elxan Şahinoğlu:
«Bu yaxınlarda Araz Əzimov deyirdi ki, Bakı Rusiyanın Ermənistandan for-post kimi istifadə etməsindən narahatdır. Bu ona işarədir ki, Bakı Rusiyanın münaqişənin həllindəki vasitəçiliyindən narahatdır. Ədalətli mövqe gözləyir. Ona görə düşünürəm ki, Qəbələ RLS alver predmetinə çevrilə bilər. Amma düşünmürəm ki, Rusiya Azərbaycana verəcəyi vədləri yerinə yetirsin, çünki onun Cənubi Qafqazda fərqli maraqları var».
Cəsur Sümərinli yada salır ki, 2002-ci ildə Qəbələ RLS-in Rusiyaya icarəyə verilməsi ilə bağlı sənəddə müəyyən müddəalar varıydı. Məsələn, Azərbaycanın Hərbi Hava Qüvvələrinin güclənməsinə dəstək verilməsi, güzəştlə silah satışı, hərbi texnikanın modernləşdirilməsi və s. Amma ekspert həmin müddəaların tam yerinə yetirilmədiyi fikrindədir.
Cəsur Sümərinli də, Elxan Şahinoğlu da Rusiyanın müqavilədəki şərtlərə yenə də tam əməl edəcəyinə inanmırlar. Amma hesab edirlər ki, Azərbaycan Rusiya ilə daha sərt tonda danışmalıdır.
«MÜHARİBƏ DÖVRÜNDƏ QƏBƏLƏ RLS AZƏRBAYCANDA QALMALIDIR»
Parlamentin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Fərəc Quliyevsə istəyir ki, Qəbələ RLS heç bir ölkəyə istismara verilməsin:
«Mən Qəbələ RLS-in Azərbaycanın öz istismarında qalmasının tərəfdarıyam. Hər halda müharibə tamamlanmadığı dövrdə. Müharibədən sonra müzakirə oluna bilər. Rusiyanın Qəbələ RLS-i işlətməsi bizə ziyandır. Rusiya Ermənistanla Kollektiv Təhlükəsizlik sənədi imzalayıb, müttəfiqdirlər. Ona görə də Rusiyanın hərbi məlumatları Ermənistana verməməsi inanılası deyil».
Radiolokasiya Stansiyasının yerləşdiyi Qəbələdəsə bu günlərdə III Beynəlxalq Musiqi Festivalı keçirilir. Bəzi səfirlərin və əcnəbilərin qoşulduğu festival çərçivəsində pianoçuların müsabiqəsi olub. Festivalda qalib rusiyalı Andrey Yaroşinski olub. O, mükafat olaraq 30 min dollar qazanıb.
Maraqlıdır, Rusiyanın müdafiə naziri Qəbələ RLS ilə bağlı danışıqlardan hansı mükafatla ayrılacaq?
HƏMÇİNİN OXUYUN:
Qəbələ RLS-i yenə Rusiyaya veriləcək?
«Serdyukov Qəbələyə sadəcə RLS-i görmək üçün gedib»
Vladimir Doroxin: «Dağlıq Qarabağ danışıqlarında ümidlər zamanıdır»