M. Abbaszadə: «İlkin rəy üçün rəqəmlər hər şeyi deyir»

Məleykə Abbaszadə

Abituriyentlərin ixtisas seçimi başlayıb. Artıq 23 minə yaxın abituriyent ərizəsini təsdiqləyib.

Bu barədə iyulun 29-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə məlumat verib.

Sənədlərin təsdiqlənməsi avqustun 2-də başa çatır, avqustun 4-də isə nəticələr elan olunacaq.

AzadlıqRadiosunun «ötən illə müqayisədə abituriyentlərin bilik səviyyəsini necə qiymətləndirirsiniz» sualına cavab olaraq TQDK sədri «ilkin rəy üçün rəqəmlər hər şeyi deyir» deyə cavab verib. 2-ci ixtisas qrupu üzrə abituriyentlərin 50 faizi 188-dən az bal toplayıb.

M. Abbaszadə deyib ki, apellyasiya şikayəti verən 127 nəfərə cavab kartlarına baxmaq imkanı yaradılıb.

MÖVZU İLƏ ƏLAQƏDAR OXU

III qrup üzrə imtahanlarda 70 faiz abituriyent kəsilib