Hüsnü Mübarəkin məhkəməsi başladı

Sizin brauzer HTML5-i dəstəkləmir

Avqustun 3-də Misirdə ölkənin keçmiş prezidenti Hüsnü Mübarəkin (Hosni Mubarak) işi üzrə məhkəmə prosesi başlayıb. O, bu ilin fevralında yüzlərlə nümayişçinin qətlində ittiham olunur. 83 yaşlı Mübarəki məhkəmə binasına xərəkdə gətiriblər. H.Mübarəklə y


Avqustun 3-də Misirdə ölkənin keçmiş prezidenti Hüsnü Mübarəkin (Hosni Mubarak) işi üzrə məhkəmə prosesi başlayıb. O, bu ilin fevralında yüzlərlə nümayişçinin qətlində ittiham olunur.

83 yaşlı Mübarəki məhkəmə binasına xərəkdə gətiriblər. Səhər vertolyotla onu Şarm-aş-Şeyxdən Qahirəyə çatdırıblar. Eks-prezident aprel ayından orada müalicə olunurdu.

Bunlara da nəzər salın
Proses yüksək təhlükəsizlik şəraitində Qahirə ətrafındakı polis akademiyasının binasında keçirilir. H.Mübarəklə yanaşı, müttəhimlər kürsüsündə onun iki oğlu da oturur.

Bundan başqa, keçmiş Daxili İşlər naziri Həbib əl-Ədli (Habib el-Adly) və 6 sabiq yüksək rütbəli polis zabiti.

Məhkəmə başlamazdan əvvəl akademiya binasının qarşısında H.Mübarəkin tərəfdarları və əleyhdarları arasında toqquşmalar yaşanıb.