Nazirlər Kabinetinin maliyyə kredit şöbəsinin sabiq müdiri Oktay Haqverdiyev hökumətin korrupsiyaya qarşı apardığı mübarizəsi ilə bağlı AzadlıqRadiosuna müsahibə verib:
- Oqtay müəllim, bu ilin yanvarından hökumətin korrupsiyaya qarşı başladığı mübarizəni necə qiymətləndirirsiz?
- Bilirsiz hər bir prosesin müsbət və mənfi cəhətləri var. Korrupsiyaya qarşı bir gün-iki gün mübarizə aparmaqla nə isə etmək olmaz, buna illər lazımdır. İndi Azərbaycanda korrupsiyaya qarşı mübarizə məişət səviyyəsində aparılır. Korrupsiya ən böyük layihələrdə olsa da hələ orda mübarizə aparılmayıb. Bu mübarizə məqsədyönlü görünmür. Nə isə epizotik bir proses gedir. Bir də görürsən ki, hansısa hərbi komissarı, hansısa müəllimi tuturlar. Mübarizə sistemsiz aparılır. Korrupsiya sistemli xarakter daşıdığı üçün ona qarşı mübarizə də sistemli olmalıdır. Amma belə mübarizə hələ ki görünmür.
- Oqtay müəllim, sistemli mübarizəyə nə mane olur?
- Bir sıra məsələlər var. Misal üçün ilk növbədə baxaq görək korrupsiyaya qarşı mübarizəni kimlər aparır. Bu mübarizəni aparanlar özləri təmiz adamlardılarmı? Bundan başlamaq lazımdır.
- Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev bu il yanvarın 27-də çıxış elədi dedi ki, prezidentin göstərişi ilə mübarizəyə başlayırıq və nazirliklərə də tapşırıq verildi. Prezident də regionlara səfərləri zamanı vətəndaşlara müraciət etdi ki, bütün ədalətsizliklər və xoşagəlməz hallarla bağlı prezident Administrasiyasına və icra qurumlarına müraciət etsinlər. Sizcə müraciətlərə necə reaksiya verilir?
- Bizdə indi prezidentdən böyük kim var, bir prezidentimiz var, yəni onun dediyini yerinə kim yetirmirsə ilk növbədə onlar cəzalandırılmalıdır. Prezident deyir nə problem varsa mənə deyin. Eşitdiyimə görə çoxlu müraciətlər var. Amma onun nəticəsi nədir. Deməli kimlər ki, bu işlə məşğuldurlar gərək onlar prezidentin dediklərini yerinə yetirsinlər.
- Hələ bir neçə il əvvəl prezident inhisarçı məmurlara müraciət etmişdi ki, bu işdən əl çəksinlər. Bu müraciətdən sonra ölkədə məmur inhisarı ilə bağlı vəziyyət nə qədər dəyişib?
- İlham Əliyev 2004-cü ildən gözəl bir ənənə yaradıb. Hər rüb bitəndən sonra Nazirlər Kabinetinin geniş iclasını keçirir. Hansı naliyyətlər var həmin müşavirədə danışılır. İndi fikir verin o vaxtdan bəri prezident 31 dəfə müşavirə keçirib, hər dəfə də bir çox məsələlərlə yanaşı korrupsiyaya qarşı mübarizədən də danışıb, amma heç vaxt buna reaksiya verilməyib. Prezidentin bu ilin yanvarındakı çıxışından sonra birdən-birə ayılıblar ki, sən demə Azərbaycanda korrupsiya var imiş. 31 dəfə deyilib də bu indi nə oldu ki, indi ayıldılar. İndi bunun qarşısını prezident almalıdır. Bilməlidir ki, onu kim sabotaj edir.
- Sizcə məmur monopoliyasına qarşı mübarizəyə nə mane olur?
- Buna nə mane olacaq? Korrupsiya, yerlibazlıq.
- Qarşısını almaq mümkün deyilmi?
- Mümkündür. Buna siyasi iradə lazımdır o da var. Amma korrupsiyaya, monopoliyaya qarşı mübarizə aparmaq üçün maraq olmalıdır, siyasi iradə olması ilə iş bitmir.
- Bəs siz nə eşidirsiz, xəstəxanalarda, polisdə korrupsiya halları bitibmi?
- Tanışlar, yaxınlar işləyir, xəbərim var. Hələ demək olmaz ki bu sahələrdə korrupsiya yığışdırılıb.
- Oqtay müəllim, bu ilin yanvarından hökumətin korrupsiyaya qarşı başladığı mübarizəni necə qiymətləndirirsiz?
- Bilirsiz hər bir prosesin müsbət və mənfi cəhətləri var. Korrupsiyaya qarşı bir gün-iki gün mübarizə aparmaqla nə isə etmək olmaz, buna illər lazımdır. İndi Azərbaycanda korrupsiyaya qarşı mübarizə məişət səviyyəsində aparılır. Korrupsiya ən böyük layihələrdə olsa da hələ orda mübarizə aparılmayıb. Bu mübarizə məqsədyönlü görünmür. Nə isə epizotik bir proses gedir. Bir də görürsən ki, hansısa hərbi komissarı, hansısa müəllimi tuturlar. Mübarizə sistemsiz aparılır. Korrupsiya sistemli xarakter daşıdığı üçün ona qarşı mübarizə də sistemli olmalıdır. Amma belə mübarizə hələ ki görünmür.
- Oqtay müəllim, sistemli mübarizəyə nə mane olur?
Bu mövzuda daha ətraflı