Məşhur maliyyəçi George Soros Financial Times qəzetində Avrozonadakı böhranı həll etməkdə 3 addıma ehtiyac olduğunu yazır.
Onun ideyalarından biri odur ki, Avrozona şərtlərinə əməl edə bilməyən ölkəyə imkan verilməlidir ki, avrozonadan çıxsın.
Başqa ideya odur ki, avro ölkələri istiqraz, yəni hökumətin borc öhdəliklərini buraxıb, borc ala bilsinlər.
Soros onu da yazır ki, bu şərtlər olmasa avro etibarlı valyutaya çevrilə bilməyəcək.
SOROSUN TƏKLİFLƏRİ
1. Bank sisteminin islahatı. Maastricht müqaviləsi yalnız ictimai sektordakı natarazlığı həll etmək üçündür, bank sektorundakı problemlər qıraqda qalıb.
Avronun tətbiqi İspaniya, İrlandiya kimi ölkələrdə tikinti bumuna gətirdi. Verdiyi borcla əlində olanın nisbətinə görə, Avropa bankları dünyada ən riskli banklar oldu. Buna görə onların risklərdən qorunmasına ehtiyac var.
Soros təklif edir ki, Avropada bankları xilas etmək üçün Avropanın xüsusi maliyyə qurumu yaradılsın.
2. Avropaya avroistiqrazlar lazımdır. Borcu həddən çox olan ölkələr böyük risk faizləri ödəməli olanda borclar artıq nəzarətdən çıxır. Hazırda belə vəziyyət yaranıb. Çıxış yolu aydındır: onlara imkan verilməlidir ki, öz borclarını yenidən maliyyələşdirə bilsinlər, borcsuz ölkələrlə eyni şərtlərlə.
Bu, avroistiqrazlar vasitəsilə mümkündür.
Avroistiqrazlar avroölkələrin maliyyə nazirlərinin nəzarətində olmalıdır. Bu qurum Avropanın Mərlkəzi Bankını fiskal, yəni dövlət xərcləri sahəsində tarazlaycaq. Avropada isə Beynəlxalq Valyuta Fondunun tərəfmüqabili olacaq.
Burda səsvermə qaydası problem ola bilər. Avropa Mərkəzi Bankında səsvermə bir ölkə-bir səs qaydası ilə aparılır. Beynəlxalq Valyuta Fondunda səsvermə qoyulan kapitala mütənasibdir.
Hansı qayda daha yaxşıdır? Burda kompromiss tapıla bilər. Kompromiss zəruridir.
Çünki Avropanın taleyi Almaniyadan asılıdır. Avroistiqrazlar Almaniyanın kredit reytinqini risk altında qoyur. Ona görə kompromiss Almaniyanı sürücü yerinə qoymalıdır.
Ancaq təəssüf ki, makroiqtisadi siyasət ideyalarını Almaniya sükutla qarşılayır.
Bununla belə, Almaniya kompromissə razı olmalıdır.
Brüsseldə yerləşən Bruegel beyin mərkəzi təklif edir ki, avroistiqrazlar Avropa ölkələrinin xarici borclarının 60 faizinə bərabər olsun. Ancaq bu, aşağı faizdir. Bu faizi avroistiqrazlara baxan qurum müəyyən etməlidir.
3. Əgər bir ölkə şərtlərə əməl etməsə və ya edə bilməsə onda necə olsun?
Avroistiqraz buraxa bilməmək defolta və devalvasiyaya gətirir.
Çıxış mexanizminin olmaması isə fəlakətə gətirə bilər.
Yunanıstan kimi xırda ölkəyə ola bilsin ki, çıxış imkanı verilə bilər. Ancaq bu, İtaliya kimi böyük ölkəyə yəqin ki, tətbiq oluna bilməz.
Qanun-qayda ilə müəyyən olunmuş çıxış olmasa, onda rejim gərək sanksiyalarla fəaliyyət göstərə.
Bu da çox çəkə bilməz.
Soros sonda yazır ki, bu 3 problem həll olunmalıdır. Əgər avro etibarlı valyuta olmaq istəyirsə.