Abbas Abdulla. Qala divarlarının nəğməsi

Qucağımda Dünənimi aparıram Sabaha,
Dünənimə nağıl demə, Sabahıma əfsanə.
Bircə ovuc torpağımı ovcunuzla sıxın siz
Nənələrin göz yaşında Dünənimə axın siz.
Zaman ovmuş daşlarıma, daş deməyin aldanıb.
Babaların yumruqları bir-birinə calanıb!

1963