Şirin Allah evi 21 min tikə biskvitdən hazırlanıb
İndoneziyanın Surabaya şəhərindəki ticarət mərkəzlərindən birində vafli və biskvitlərdən məscid hazırlanıb. Burda yerli məscidlərdən birinin mini-surəti olan bu yeməli “obyektin” ölçüləri 8x8 metrdir.
“Sweetinfo” portalının məlumatına görə, şirin məscid Ramazan bayramı münasibətilə “tikilib”. Onun hazırlanması üçün 5 nəfər 3 gün ərzində işləməli olub. Mini-məscid 21 min tikə vaflidən düzəldilib.
Səudiyyə Ərəbistanında isə bayram yaxınlaşdıqca, şirniyyatlara olan tələbat da artmaqdadır. Hazırda ölkənin ticarət mərkəzlərində satışda bir çox şokolad və şirniyyat çeşidləri var.
Buna baxmayaraq, bayrama doğru alıcıların şirni məhsullara ehtiyacı daha da artır. Bir çox ticari şəbəkələr məhz şirniyyat hesabına satış həcmlərini əhəmiyyətli dərəcədə artıra biliblər.