Nilalovlu el ağsaqqalı İli kişiyə
(İltifat Ağayevə) ünvanlanıb
Bir imanlı kişi gördüm, ay ellər,
yola salıb ayı, günü, ili, hey...
Dağ döşündə qərar tutub, ömr edər,
obası Nilalov, adı İli, hey...
Öy qonaqlı, süfrə açıq, üzü ağ,
saqqalı ağ, qəlbi təmiz, ruhu sağ.
Yetmiş ildi vicdan qalıb ağbaağ,
nə eyləyib qulağı hey, dili hey!?.
Nə Məşhədə, nə də Haca yol yorub,
könüllərdə yuva salıb, öy qurub,
O qədər ki, kömək edib, əl tutub,
öləndə də diri qalar əli, hey!..
öləndə də əli qalar diri, hey!..
(İltifat Ağayevə) ünvanlanıb
Bir imanlı kişi gördüm, ay ellər,
yola salıb ayı, günü, ili, hey...
Dağ döşündə qərar tutub, ömr edər,
obası Nilalov, adı İli, hey...
Öy qonaqlı, süfrə açıq, üzü ağ,
saqqalı ağ, qəlbi təmiz, ruhu sağ.
Yetmiş ildi vicdan qalıb ağbaağ,
nə eyləyib qulağı hey, dili hey!?.
Nə Məşhədə, nə də Haca yol yorub,
könüllərdə yuva salıb, öy qurub,
O qədər ki, kömək edib, əl tutub,
öləndə də diri qalar əli, hey!..
öləndə də əli qalar diri, hey!..