Əkbər Qoşalı. Ömür keçdi cəbrdə

Ömür keçdi cəbrdə,


böyümərik qəbirdə,


Doğulmarıq nə bir də,


nə bir də yaşamarıq.




Yaşamarıq - ölmərik,


ölüm də az alar-bir...


Az danış, az, ey fələk,


ölülər dil açar, dil...




Dil açmazlar ölülər,


amma ruhlar diridi.


Olum-ölüm arası


bir imtahan yeridi.