Azərbaycan və Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasının bu ilin oktyabr-noyabr aylarında keçirilməsi planlaşdırılır.
Bu barədə jurnalistlərə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç bildirib.
«Şuranın iclası ya oktyabr, ya da noyabr ayında keçiriləcək», - Kılıç deyib.
«Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə»ni prezidentlər İlham Əliyev və Abdullah Gül 2010-cu il avqustun 16-da İstanbulda imzalayıblar.
Səfir deyib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra iki ölkə arasında hərbi sahədə əməkdaşlıq ilbəil dərinləşir. /Trend/