Azərbaycanda mülkiyyət hüququnun pozulması ilə bağlı ombudsmana edilən müraciətlərin əksəriyyəti vətəndaşların evlərinin sökülməsi ilə əlaqədardır.
Bu barədə jurnalistlərə insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova bildirib.
O, sənədi, çoxdan yaşayış olan evlərin sahiblərinə xəbər verilmədən sökülməsi hallarının olduğunu bildirib:
«Bir sıra hallarda evlərin sökülməsini onunla izah edirlər ki, həmin evlərin sənədləri yoxdur. Elə adamlar da var ki, onların illərdir yaşadığı evlər quruculuq işləri ilə bağlı sökülür. O zaman biz də məcbur oluruq ki, bu məsələni qaldıraq. Belə adamlara adekvat kompensasiya verilməlidir. Həmçinin, əvvəlcədən xəbərdarlıq edilməlidir ki, sakində psixoloji stress vəziyyəti yaranmasın. Məmurlar tərəfindən qayda-qanunlara riayət edilsə, şikayətlər də bu qədər çox olmaz», - Süleymanova əlavə edib. /Trend/