11 sentyabr hadisələri amerikalılar üçün öz torpaqlarında Amerikaya qarşı ən böyük hücum kimi tarixə düşüb. Bu onlar üçün silaha çağırış oldu. Dünyanın ən güclü dövlətində baş verən bu hadisə digər ölkələrə isə onu göstərdi ki, heç bir ölkə terrordan sığortalanmayıb.
Ancaq hadisə zamanı həlak olmuş təxminən 3000 nəfərin yaxınları üçün 11 sentyabr ilk növbədə çox böyük bir şəxsi faciədir. Həmin tarixdən 10 il keçsə də onlarını çoxunun yarası köz bağlamayıb.
Sentyabrın 11-də 36 yaşlı Kenneth Zelman Marsh & McLennan şirkətində işdəydi. Bu şirkət Ümumdünya Ticarət Mərkəzinin şimal qüləsində yerləşirdi. Amerika Airlans-ə məxsus təyyarəni ələ keçirmiş terrorçular səhər saat 8.36-da təyyarəni Ümumdünya Ticarət Mərkəzinin şimal qülləsinin 93-99-cu mərtəbələri arasına çırpdılar. 99-cu mərtəbədə yerləşən Marsh & McLennan şirkətinin həlak olan 358 işçisindən biri də Kenneth Zelman idi:
«Elə bir gün yoxdur ki, öz-özümə deməyim bu həqiqətdir, yoxsa, yox. Mənim yeganə qardaşım. O mənə çox yaxın idi. Həyatımda bundan kədərli hadisə baş verə biləcəyini təssəvvür edə bilmirəm».
«HƏR ŞEY QAYDASINDADIR. SAĞ SALAMATAM»
Qardaşı Barry ötən 10 il ərzində bu hadisənin necə baş verməsi barədə çoxlu araşdırma aparıb. Deyir ki, ancaq hələ də hadisə ilə bağlı onun üçün çoxlu qaranlıq məqamlar və cavabsız suallar qalır. Əsas səbəb də hadisə ilə bağlı materialların ABŞ hökuməti tərəfindən məxfi elan edilməsidir.
Alison Crowtherin 24 yaşlı oğlu Welles Crowther isə sentyabrın 11-də Ümumdünya Ticarət Mərkəzinin cənub qülləsindəki Sandler O'Neill & Partners şirkətdə işdə olub. Səhər saat 9:03-də Amerika Airlines-ə məxsus başqa bir təyyarəni ələ keçirən terrorçular cənub qülləsinin 77-85-ci mərtəbələri arasına çırpılıb. Hadisədən bir neçə dəqiqə sonra Welles həmin ofisin yerləşdiyi 24-cü mərtəbədən anasına mesaj yazıb. Yazıbmış ki, «ana bu mənəm. İstəyirəm biləsən ki, hər şey qaydasındadır. Sağ salamatam».
Welles 16 yaşından könüllü yanğınsöndürənliklə məşğul olub. Hadisə vaxtı o onlarla insanı xilas edib. Xilas etdiyi şəxslərdən biri Judy Wein onu inanılmaz qəhrəman kimi təsvir edir. Wellesin xilas etdiyi başqa bir qadın Ling Young isə onu mələk adlandırır.
XİLASEDİCİNİN XOŞ XATİRƏSİ
Wellesin cəsədini isə xilasedicilər cənub qülləsinin girişində tapırlar. Anası deyir ki, oğlunun qəhrəmanlığı 11 sentyabrdan qalımış yeganə xoş hisslərdir.
Alice Hoaglundın 31 yaşlı oğlu Mark Bingham da 11 sentyabrda insanları xilas etməyə cəhd edib. Mark terrorçuların qaçırdığı Amerika Airlines-a məxsus təyyarələrdən birinin sərnişinlərindən olub. O, təyyarəni terrorçulardan azad etməyə cəhd edib. Təyyarənin qaçırıldığını bilən kimi anasına belə bir mesaj göndərib:
«Markın mesajında qorxu hissi bilinmirdi. Bizə nə baş verdiyini də bildirmədi. Yazmışdı ki, bizi çox istəyir, ola bilsin ki, bir daha bizi görməsin. Bu bizim üçün çox əhəmiyyətlidir. O terrorçularla əlbəyaxa olmağa getməmişdən əvvəl bizi sevməsini yazmışdı».
Alice Hoaglund hər il olduğu kimi 11 sentyabr hadisərinin ildönümünü oğlunun da olduğu təyyarənin düşdüyü Pensilvaniada qeyd edəcək. Qurbanların xatirəsinə həsr olunmuş konsertdə Alice skripkada ifa edəcək.