Təxminən üç ay öncə «Facebook» sosial şəbəkəsində «Nakhchivan News» (Naxçıvan xəbərləri) adlı qrup yaradılıb. Həmin qrupun yaradıcısı Naxçıvan sakini Alim Fərəcov AzadlıqRadiosunun suallarını cavablandırıb.
Alim Fərəcov 1987-ci ildə Naxçıvan şəhərində doğulub. 2008-ci ildə Naxçıvan Dövlət Universitetinin jurnalistika Fakültəsini bitirib. Hazırda işsizdir:
- Bu qrupu yaratmaqda əsas məqsədiniz?
- Qrupun əsas məqsədi Naxçıvanda olan müxalif qüvvələri maarifləndirmək, burada baş verənləri dünyaya çatdırmaqdır. Naxçıvanda müstəqil mətbuat yoxdur. Qrupu yaratdıq ki, Naxçıvanda olan bəzi əcaib olayları insanlar görsün.
«NAXÇIVANDA 100 MİN ADAM QALMAYIB»
- Qrupunuzda əsasən hansı məsələləri işıqlandırırsınız? Bu zaman hansı üsullardan istifadə edirsiniz?
- Əsasən, yerli hakimiyyətin insanlara göstərdiyi təzyiqləri, burada tətbiq edilən bəzi əcaib qadağaları göstərməyə, işgəncə faktlarını işıqlandırmağa çalışırıq. Buna sübut kimi Turac Zeynalovu göstərmək olar. O, hakimiyyətin qurbanı oldu. Biz bu məsələni geniş işıqlandırdıq. Bəzi xəbərləri mətbuatdan götürürük, birdə şahid olduğumuz digər hadisələri status şəklində yazırıq.
- Naxçıvanda hazırkı ictimai-siyasi vəziyyəti necə dəyərləndirirsiniz?
- Naxçıvanda işsizlik baş alıb gedir. İnsanları incidirlər, sındırırlar. Buna görə də muxtar respublika boşalır. Statistikada Naxçıvanda 450 min nəfər olduğu bildirilsə də, reallıqda 100 min nəfər qalmayıb.
«NAXÇIVANDA İNSANLARI KÖLƏ ŞƏKLİNDƏ SAXLAMAQ İSTƏYİRLƏR»
- Naxçıvanın boşalmasına əsas səbəb kimi işsizliyi göstərmək olarmı?
- Naxçıvanın boşalmasının əsas səbəbi işsizlik ola bilməz. Naxçıvanı tərk edənlərin əksəriyyəti siyasi rejimin qurbanlarıdır. Düzdür, burada dolanışıq da çox pis vəziyyətdədir. Mən özüm bir neçə ildir universiteti bitirsəm də, iş tapa bilmirəm. İşə girmək üçün rüşvət tələb olunur. Naxçıvanda insanları kölə şəklində saxlamaq istəyirlər. İndiki rejim olmasaydı, Naxçıvan azad-iqtisadi zonaya çevrilərdi, işsizliyə də son qoyulardı.
- Təqib olunmaqdan qorxmursunuz ki?
- Əlbəttə, yox. Düzdür, əvvəllər izləyirdilər bizi. Biz olan şeyləri deyirik. Faktları göstəririk. Dövlətçilik əleyhinə danışmırıq. Buradakı qaydaları tənqid edirik. Gəlsinlər, sorğu sual eləsinlər, biz faktı deyəcəyik. Əsas istəyimiz budur ki, Naxçıvan çiçəklənsin, böyüsün, burada repressiyalara son qoyulsun.
«NAXÇIVANDA RÜŞVƏT VERMƏYƏNƏ VƏTƏN XAİNİ KİMİ BAXIRLAR»
- Bəs, bəzi məlumatlarda Naxçıvanın həqiqətən inkişaf etdiyi çiçəkləndiyi bildirilir?
- Harada qanunsuzluğu pərdələmək istəyirsən, orada görüntü xətrinə nə isə tikməlisən, abadlıq işləri görməlisən. Bunlar da görüntü yaratmaq istəyirlər. Nə olsun ki, nə isə tikirlər, yaşıllıqlar yaradırlar? Bir tərəfdən tikib, bir tərəfdən sökürlər. İnsanları əzirlər, insan haqları tanınmır. Bu gün Naxçıvan Türkmənistana bənzəyir. Burada yaşamaq mümkün deyil. Naxçıvanda ən böyük problem korrupsiya və rüşvətxorluqdur. Prezident korrupsiyaya qarşı mübarizə adı altında kampaniyaya başlasa da, Naxçıvanda buna məhəl qoyan yoxdur. Burada rüşvət verməyənə vətən xaini kimi baxırlar. İşə girmək üçün ya külli miqdarda rüşvət verməlisən, ya da hakimiyyətin yaltağı olmalısan.

«AZADLIQ BÖLGƏLƏRDƏ» RUBRİKASINDA NÖVBƏTİ GÜNLƏRDƏ OXUYA BİLƏRSİNİZ:
Astara: Xəstə-xəstə hərbi xidmətə aparılmaq olarmı?