Nizami ilə Rafiq Tağının fərqi, Dostoyevski ilə Mirələmovun fərqi...

AzadlıqRadiosunun "250plyus" satirik proqramından "Oxu zalı"na hədiyyə


***

- Fyodor Dostoyevski ilə Hüseynbala Mirələmov arasında fərq nə qədərdir?

- 8 bakal pivə...


***

Rafiq Tağıya dostluq şarjı

Ədəbiyyat dərsində müəllim şagirddən soruşur:

- Nizami Gəncəvi ilə Rafiq Tağının fərqi nədir?

Şagird:

- Nizami deyirdi ondan, yəni Nizamidən sonra şair-yazışı olmayacaq, Rafiq Tağı isə deyir ki, ondan, yəni Rafiq Tağıdan qabaq yazıçı-şair olmayıb.

(Müəllif: Elxan Nəsibli)


***

Nəsimi ilə Allahın fərqi

Nəsimi özünü Allah sayırdı, Allah isə özünü Nəsimi saymırdı...


***

Yeni kitabının təqdimatında yazıçı Əli Əkbərdən bir oxucusu soruşur:

- Əsərlərinizdə kişi obrazları ilə qadın obrazlarının fərqi nədir?

Yazıçı:

- Qadın istəyir ki, kişi onun hər bir ehtiyacını ödəsin. Kişi isə istəyir ki, qadın onun yalnız bir ehtiyacını ödəsin.


***

- "Oxu zalı"nın redaktoru Rövşən Qəmbərovla terrorçunun fərqi nədir?

- Fərq odur ki, terrorçu ilə danışıb anlaşmaq olur...


Həmçinin oxu
Yazıçılar haqda lətifələr: "Aldadılmış ər"
Elçin, Elmar Şahmar və "Ən yeni ədəbiyyat"
Anar, Əkrəm Əylisli, Seymur Baycan və bir uşaq
Zəlimxanın "unutqanlığı", Anarın məzuniyyəti