Təhsil sahəsində keçirilən tenderlər barədə ekspertlər Etibar Əliyev, Əlövsət Osmanlı və iqtisadçı Qubad İbadoğlu fikirlərini bölüşürlər.
Qubad İbadoğlu:
«Ayrıca təhsildə tenderdən danışmaq mümkün deyil. Ümumilikdə ölkədə investisiya layihələri üçün keçirilən tenderlərdən danışmaq lazımdır. Bizim apardığımız təhlillər, araşdırmalar da göstərir ki, bu tenderlər şəffaf keçirilmir. Bu tenderlərdə əvvəlcədən qaliblər müəyyənləşdirilir. Bütün nazirliklərə şamil olan bir xüsusiyyət var ki, hər bir nazirlik özlərinə münasib bildiyi şirkətlərlə işləyir. O şirkətlər də tez-tez dəyişir. Həmin şirkətlər bağlanır, yenisi yaranır. Amma adamlar dəyişmir, adamlar eyni adamlar olur. Bu adamlar ayrı-ayrı şirkətləri təmsil etsələr də, «etibarlı, sınaqdan çıxmış adamlar» olur. Vəsaitlər onların vasitəsilə bölüşdürülür, sonra onların əvəzində bir sıra işlər həyata keçirilir, çoxu mənimsənilir…».
Əlövsət Osmanlı:
«Əvvəllər bu tenderlər bu cür keçirilmirdi. Məsələn, dərslik ortada olurdu və onunla bağlı ayrı-ayrı təşkilatlar yarışa girirdilər. Orada əsas prinsip bu olurdu ki, ucuz, tez və keyfiyyətli olsun. Orada müsabiqə anlayışı yox idi. Bu da təbii ki, müəyyən adamları o qədər də qane etmirdi. O yarışlarda iştirak edən adamları aradan çıxarmaq üçün müsabiqə deyilən şeyi ortaya qoydular. Bu müsabiqələr obyektiv keçirilsəydi, çox yaxşı olardı. Mən tenderlərdə iştirak edəndə, mənə işarələr olurdu.
Mən o şeyləri qəbul etmirdim…».
Etibar Əliyev:
«Azərbaycanda orta məktəblərin İKT ilə təminatı üçün 30 mln manat ayrılmışdı. Onda bu proqram təzə qəbul olunanda, mən proqnoz vermişdim ki, yaxın vaxtlarda heç yerdə adı olmayan bir şirkət ortaya çıxacaq və bütün pullar ora veriləcək. Yarım ay sonra «Kür» şirkəti peyda oldu. Pulları axıtdılar ora və orta məktəblərin İKT ilə təminatı proqramı fiaskoya uğradı. Bu proqram heç 20 faiz həyata keçirilməyib məktəblərdə. Yəni, kompyuterlər məktəblərin zirzəmilərinə dolduruldu. Tapşırıq verildi ki, bu proqramları açmayın, hər adam bilmir. İndi isə bəyan edirlər ki, bu proqramlar köhnəlib. Kompyuterlər də köhnəlib. Yeni proqrama ehtiyac var. Sevindirici hal odur ki, əvvəllər problemləri bir neçə təhsil eksperti işıqlandırırdısa, indi artıq dövlət orqanları, Baş prokurorluq deyir ki, təhsil sahəsində, tikinti-təmir işlərində ciddi yeyintilər var...».
Verilişi tam olaraq buradan dinləyin: