"Mənim əsərlərimin bu cür məşhurlaşmasında, yəni gündəmə gəlməsində iki adamın xüsusi xidməti olub. Onun biri Rasim Qaracadır, digəri isə Rövşən Qəmbərovdur"
"Rasim Qaraca məni Etimadın. Salamın əsərlərini Türkiyədə nəşr etdirməməkdə ittiham edir və sən demə, mən günahkarmışam".
"Mən hələ bir kitabımın nəşrinin maddi xərcini çəkməmişəm".
"Pen Klub» proqramının budəfəki qonağı Bakı Slavyan Universitetinin rektoru, yazıçı Kamal Abdulladır.
O, "Unutmağa kimsə yox" adlanan son romanı ilə bağlı tənqidlərə və digər məsələlərə münasibətini bildirib.
Ilqar R:
- Kamal müəllim, əlinizdə yaxın günlərdə yenidən səs-küy yaradacaq, haqqında fikirlər səslənəcək hansısa bir iş var?
Kamal A:
- Bu səs-küylərin yaranmasında mənim dırnaqarası günahım bəlkə də hamınınkından azdır. Əldə həmişə bir iş olur. Bütün işlər nəyinsə davamıdır. Və heç bir işin nöqtəsini qoymaq mümkün deyil. Bu baxımdan iş var. Amma mən birinin adını xüsusi çəkmək istərdim. Biz universitet olaraq təşəbbüsdə bulunub alman həmkarlarımızla Dədə Qorqud dastanı ilə Nibelunqlar dastanının (“"Kitabi-Dədə Qorqud" və "Nibelunqlar haqqında nəğmə" - Ortaçağ qəhrəmanlıq dastanlarında Şərq və Qərb" adlı layihə - İ.R.) birgə, paralel öyrənilməsinə dair çox maraqlı bir layihənin başlanmasına imza atdıq. Bu Bakıda və Almaniyanın Maynz şəhərində qarşılıqlı konfransların keçirilməsi ilə gerçəkləşəcək onillik bir layihədir. Artıq iki konfrans keçirilib.
Layihə konfranslar arası alimlərin qarşılıqlı səfərləri ilə də davam edir. Hazırda əlimdə olan əsas işlərdən biri budur.
Ilqar R:
- Siz sadəcə yazıçı yox, həm də səlahiyyət sahibi olan şəxssiniz. Bu məqam ədəbi müstəvidə təsirediçi faktor kimi dilə gətirilir, əsərlərinizi təhlil edən adamlara münasibətdə bəzən rektorluq səlahiyyətinizin hansısa təsiri, yaxud təzyiqindən danışılır. Necə dəyərləndirirsiniz bu yanaşmanı?
Kamal A:
- Bu rektorluq elə də böyük bir vəzifə deyil ki, (amma eyni zamanda çox şərəfli bir vəzifədir) mən ondan istifadə edib özüm haqda ajiotaj yaradım. Bu belə deyil təbii ki. Bunu ən azından məni yaxşı tanıyanlar bilir. Ədəbiyyat olan yerdə vəzifələr nəzərə alınmır. Höte Veymarda vəzir idi (Veymar - Almaniyanın mədəniyyət mərkəzlərindən biri-İ.R.). Molla Pənah Vaqif vəzir olub. Əllərində böyük səlahiyyətlər olub. Məgər indi bizim onları xatırladan səlahiyyətlərimiz var? Bilirsiniz, son dövrlər mənim romanım ("Unutmağa kimsə yox" - İ.R.) ətrafında yaranan qeylü-qallı vəziyyət, mənə elə gəlir ki, heç də Kamal Abdulla, "Unutmağa kimsə yox", yaxud ədəbiyyat söhbəti deyil. Bu söhbətin dərinliyində başqa mətləblər gizlənir və ağıllı adamlar da o mətləbləri yaxşı bilir.
İlqar R:
- Bəlkə, ucundan-qulağından deyəsiniz o nə mətləblərdir?
Kamal A:
- Yavaş-yavaş ona da gəlib çıxacağıq. Əlbəttə deyəcəyəm.
İlqar R:
- İnsan elə bir məxluqdur ki, ona hətta tapşırıq vermədən belə, xislətinə uyğun olaraq özü üçün tapşırıq yaradıb onu yerinə yetirə bilir. Və bu, kənar müşahidədə başqa effekt də yarada bilər. Sizin "Unutmağa kimsə yox" romanınız haqqında yazılanlar bu baxımdan nə dərəcədə obyektivdirlər?
Kamal A:
-Anladım. Tənqid ilk növbədə təhlil deməkdir - ədəbi əsəri, yəni mətni təhlil etmək deməkdir. Təəssüf ki, bizdə çox zaman ittihamı, qarayaxmanı tənqidlə qarışdırırlar. Bəzən tənqid adı ilə ittiham edirlər. Mənim yazdığım əsərlərə, xüsusilə “Yarımçıq əlyazma” romanına görə mənim unvanıma nələr
demədilər. "Xalq düşməni", "vətən xaini" dedilər. Şah İsmayılı, Salur Qazanı və daha kimləri təhrif etdiyimi dedilər. Kimisi ağlına, kimisi də ağzına nə gəldisə yazdı. Tənqid etdiyini deyənlər əslində ittiham edənlər idi. İttihamla tənqidi qarışdırmaq lazım deyil. Baxin, sonuncu romanımı da tənqid edənlər olub. Amma bu tənqid əsəri təqdir edən məqamların arasında olub. Siz çox maraqlı bir məqama toxundunuz. Bəli, mən deməsəm də, mənim əsərim haqqında yaza bilərlər. Siz mənim haqqımda yazanları yaxşı tanıyırsınız. Rəhman Bədəlov, Niyazi Mehdi, Zeynal Məmmədli, Tehran Əlişanoğlu, Etimad (Etimad Başkeçid - İ.R.), Aqşin Yenisey, Aydın Talıbzadə. Bu adamlara təsir edib nəsə yazdırmaq mümkündürmü? Məncə, mümkün deyil. Əgər on-on beş adam mənim yazdığımı təqdir edirsə və bu, kimisə narahat edirsə, deməli məsələ Kamal Abdullada və onun romanında deyil. Yəni mənim yazdığım roman on beş adamın xoşuna gələ bilməz? Xoşlarına gəlib yazıblar. Kimin xoşuna gəlmir, susursa, mən düşünürəm ki, çox nahaq yerə susur. O da yazsın, onun da buna haqqı var. Tənqid yazan da əcəb edib yazır. Amma təqdir edən də yazırsa, əcəb edir.
İlqar R:
- Amma indi söhbət sizin rəhbəri olduğunuz universitetdə çalışan bir qrup adamdan gedir. İndi adlarını sadaladığınız şəxsləri yaradıcı, yaxud dərin savadlı adamlar olaraq qəbul etmək olar. Amma doğrudanmı onların hamısı birmənalı olaraq elə fərdlərdir ki, heç birinə söz demək, təsir etmək olmaz? Söhbət heç çağırıb deməkdən də getmir. Onlar özləri özləri üçün belə bir məsuliyyət yarada bilərlər.
Kamal A:
- (Gülür) Görünür, siz bizim universiteti az tanıyırsınız. Mən özüm haqqımda - əsərlərim haqda diplom işləri yazılmasını birmənalı şəkildə qadağan etmişəm. Bunu universitet daxilində çox gözəl bilirlər.
İlqar R:
- Deməli, qadağan etməsəydiniz, yazacaqdılar də.
Kamal A:
- Əlbəttə, yazacaqdılar. Kamal Abdullanın ədəbiyyatdakı mövqeyindən çıxış edib yazacaqdılar. Haqları da olacaqdı yazmağa. Çünki bu üç romanın Azərbaycan ədəbiyyatına nə gətirdiyi məlumdur. Bunu tənqidçılər də deyib. Amma mən başqa şey demək istəyirəm. Burada on-onn beş adamdan söhbət gedir. İstər səlahiyyət sahibi olsun, istər işsiz adam, hər bir müəllifə xoşdur ki, onun oxumağa verdiyi əsər müəyyən əks-səda yaratsın. Başqalarının fikrini öyrənmək qəbahət deyil ki?
İlqar R:
- Yox, əlbəttə.
Kamal A:
- Əgər adamların fikrini öyrənmək qəbahət deyilsə, o zaman mən də o fikri gözləməyi qəbahət saymıram. Yəni onlar fikirlərini deyə bilərlər.
Başqa bir şey deyim. Siz, Azadlıq Radiosu olaraq məni bura dəvət etmisiniz.
Deməli, haradasa mənim yaradıcılığıma hörmətlə yanaşırsınız. Yəni bu, yaradıcılığıma olan münasibətin ifadəsidir. İndi mən sizi də satın almışam?
O adamlar ki, deyirlər ki, mən kimlərisə satın almışam, inandırıram sizi, sizə də onu deyə bilərlər. Eyni hüquqla. Halbuki mən sizə deməmişəm ki, məni dəvət edin, siz mənə telefon açıb demisiniz ki, verilişə gəlim, mən də böyük məmnuniyyətlə qəbul etmişəm o təklifi. Bax o adamlarla da eyni münasibətdir. İstəyirəm bunu biləsiniz.
İlqar R:
- Amma burada fərq ondadır ki, biz sizin səlahiyyət dairənizdə olan adamlar, yaxud müəssisə deyilik. Sadəcə, bu söz-söhbətlərdə arqument olaraq irəli çəkilən həm də odur ki, Kamal Abdullanı təqdir edənlər onun işçiləridir.
Kamal A:
-Yox, o adamları bir sənətkar, şəxsiyyət kimi yaxşı tanıyanlar varsa, buna heç zaman inanmazlar. Bir stəkan suda fırtına qoparmaq həm asandı, həm də mümkün deyil.
İlqar R:
- Azadlıq Radiosunun “Oxu zalı”nda Rövşən Qəmbərovun məlum “Kamal Abdullanı xorla tərifləmək...” yazısından sonra, bilirsiniz ki, yeni bir dalğa başladı və həmin adamlar o yazıya münasibət bildirməyə başladılar...
Kamal A:
- Açığı, o adını çəkdiyiniz yazıda şəxsən mənə qarşı, mənim yazdığım romana, o mətnə qarşı elə bir ciddi irad, yaxud nəsə yox idi. Yazı həmin adamlara qarşı idi. Onlar da, təbii ki, cavab verməyə çalışdılar. Hətta mənə elə gəlir ki, bəzən daha kəskin şəkildə cavab verirdilər ki, onu da mən qəbul etmirəm. Yəni o cavablar da bəziləri tərəfindən o dərəcədə kəskin olmamalı idi yəqin ki. Amma indi təsəvvür edin ki, kimsə bu şəkildə kəskinliyə gətirilirsə (yəni mərdi qovub namərd etmək məsələsi), bu da düzgün deyil. Bilirsiniz, mətndən danışmaq lazımdır. Kamal Abdulla öz mətni ilə hamının qarşısında yazıçı kimi dayanır. Sən denən ki, bu mətn mənim xoşuma gəlmədi. Məgər mənim yazdığım hamının xoşuna gəlməlidir. Qətiyyən yox. Azərbaycan ədəbi fikri o zaman zəfər çala bilər, o zaman bizim hamımızın vicdanı rahat olar, bu ədəbi mühitdə olmağımızdan qürur duya bilərik ki, fikrimizi belə ifadə edə bilək: “bu, mənim romanım deyil, mən bu əsəri bəyənmədim, amma bu, romandır.” Bax bunu deyə bilmədikcə, biz belə vurnuxacağıq, çapalayacağıq, özümüzdən yalançı problemlər düzəldib onu həll etməyə çalışacağıq və həmin o bir stəkan suda fırtına yaratmaq istəyən adamlar kənardan gülünc görünəcəklər.
İlqar R:
- Amma Rövşən Qəmbərovun həmin yazısında mətnlə bağlı da fikirlər var idi.
Kamal A:
- Təbii, mən onları qəbul edə bilirəm. Mətnlə bağlı məni tənqid edənlər də olub. Məsələn, Elnarə Akimovanın, Tehran Əlişanoğlunun məqalələrində ciddi qeydlər var idi. Amma bunlar artıq təhlildən doğan qeydlər idi. Mən onları qəbul edə də, etməyə də bilərəm.
Hər halda mən bütün yazanlara - təqdir edənlərlə yanaşı əleyhimə yazanlara da təşəkkür edirəm. Onu da deyim ki, mənim əsərlərimin bu cür məşhurlaşmasında, yəni gündəmə gəlməsində iki adamın xüsusi xidməti olub. Onun biri Rasim Qaracadı, digəri isə Rövşən Qəmbərovdur. Onlara xüsusi təşəkkür edirəm. Özü də bunu zarafatsız deyirəm.
İlqar R:
- Amma təqdir etdiyiniz tənqidi yazanlar da öz iradlarının arasında ünvanınıza yaxşı nələrsə yazaraq keçidlər edirlər. Bunlar nə ilə bağlı ola bilər?
Kamal A:
-Siz deyirsiniz ki, mənim bu yazdığım roman heç kimin xoşuna gəlməməlidir? Və kiminsə xoşuna gəlirsə, o bunu açıq şəkildə ifadə edə bilməz?
İlqar R:
- Mən roman haqda heç nə demirəm, sadəcə, sual verirəm.
Kamal A:
- Bəs niyə o zaman deyirlər ki, bunu niyə edirsən, axı sən onun yanında işləyirsən. Bu, gülməli məntiqdir. Siz əvvəlcə həmin adamın şəxsiyyətinə fikir verin. Baxın görün o harada işləməsindən asılı olmayaraq bunu deyə bilər, ya yox. Gülməli məntiqdir. Deməli, mənim yazdıqlarımı hər şeydən təcrid etmək lazımdır? İki-üç adamdan başqa heç kimin mənim barəmdə söz deməyə ixtiyarı yoxdur? Onlarınkı da tənqid olsa, sevinərəm, amma tənqid deyil. Hamıya dərs verməyə çalışmaq lazım deyil. Bu, çox gülməli görünür. Hörmətli Rasim Qaraca deyir ki, “mən Kamal Abdullanı tənqid etdim, amma bundan sonra da bizim münasibətlərimiz normal olaraq qaldı.” Bəs necə olmalı idi? Təhqir olmaz. Təhqirə cavab verməyə mən həmişə hazıram və hazır da olacam.
İlqar R:
- Ən xoşagəlməz nə idi bu prosesin içində?
Kamal A:
- Ən xoşagəlməz o idi ki, mənə hörmət edən, haqqımda xoş söz deyən ədəbiyyat adamları bu cür kinayəli şəkildə dəyərləndirilməməli idi. Bu həmin o məqaləni yazan cənab Qəmbərova (Rövşən Qəmbərov-İ.R,) heç də başucalığı gətirmir. Orada hikkə, kin, daxili bir zəhər var. Mən bunu istəməzdim ki, olsun. Bizim bir-birimizə qarşı zəhərimiz olmamalıdır. Nəyi düşünürüksə ki düzgün deyil, onu normal şəkildə yazmaq olardı.
İlqar R:
- Sizə ünvanlanan dinləyici suallarında da rektor olmağınız məsələsindən yan keçilmir.
Kamal A:
- Mən bir yerdə işləməli idim, ya yox? İşi mənə çox görürsünüz, mən işləməməliyəm? Axı bunu arqument kimi ortaya qoyanlar nəyi demək, sübut etmək istəyirlər. Mətn ortadadır. Onun tərcümələri, hansı ölkələrdən sorağı gəlməsi də ortadadır. Yüzdən çox resenziya yazılır əsərim haqda. Rasim Qaraca, ya bir başqası tənqid adı ilə təhqirləri mənə yarınmaq üçün yazırdı? Yazanların səksən faizi məni söyürdü, iyirmi faizi də təqdir edirdi. Mən fəxr edirəm ki, bu roman on ilin ən yüksək əsəri kimi qiymətləndirildi. Özü də ciddi münsiflər tərəfindən, oxucular tərəfindən. Bilmirəm belə yazılar nə məqsəd güdür. Amma yenə deyirəm ki, romanın xeyrinə işləyir.
İlqar R:
- Yazıçı öz əsərini təbliğ etməlidir, ya yox?
Kamal A:
- Hansı yazıçı öz əsərinin tanıdılması işində iştirak etməyib? Lap qədimlərdən indiyədək bir nəfər mənə deyin. Bu, təbii bir haldır. Amma bunun da bir əndazəsi var, təbii ki. Amma mən Fransada öz əsərimi təbliğ edə bilməzdim. Mən ora öz əsərimi göndərdim, onlar o əsəri oxuyandan və tanımadığım iki –üç nəfərə rəyə verəndən sonra nəşrinə razı oldular və nəşr etdilər. Mən ona müdaxilə edə bilməzdim. İnan ki. elə vaxt olurdu xəbərim olmadan qəzeti açıb görürdüm əsərim haqda məqalə çıxıb. Axı mən öz əsərimi Braziliyada neçə təbliğ edə bilərəm. Ancaq ora tanıdığım bir adama göndərə bilərəm də əsəri. Oxumaq istəsə, əlbəttə. Amma mən onu necə məcbur edə bilərəm ki, əsəri nəşr etdirsin, yaxud haqqında yazsın. Istər Fransada, istər Türkiyənin özündə, Braziliya, Polşa, Misir, Almaniyada universitet professorlarına təzyiq etmək olar? Oradakı naşirlərə Azərbaycanın bir universitet rektoru təzyiq edə bilər?
İlqar R:
- Hər halda indiki yazarların, deyək ki, Seymur Baycan, Əli Əkbər və digərlərinin Almaniyadakı professora kitab göndərmək imkanı yoxdur.
Kamal A:
- Bu yaxınlarda bizim üçümüzün - Salam, Etimad və mənim ədəbiyyatla bağlı
“Məqamlar” adlı bir kiçik kitabımız çıxacaq. O kitabda yazdığımı indi də təkrar edirəm: Üzümü bütün yazarlara tutub deyirəm ki, mən öz imkanlarımı, əlaqələrimi onların hər birinə verməyə hazıram. Rasim Qaraca məni Etimadın. Salamın əsərlərini Türkiyədə nəşr etdirməməkdə ittiham edir və sən demə, mən günahkarmışam. Halbuki Salam da, Etimad da mənim dostlarımdır. Və iki ildi yorulmuşam onlara deməkdən ki, əsərinizi verin, göndərim Türkiyədəki dostlarım nəşr etdirsinlər. Onlar tənbəllikdən əsərlərini vermirlərsə, mən neyləməliyəm, ay hörmətli Rasim Qaraca?
On gün əvvəl Ramiz Rövşənin, Aqşinin, Salamın, Etimadın şeirlərini “Literaturnaya qazeta”ya göndərmişəm. Əlaqələrim var, istədilər, mən də göndərdim. Yəni mən bu yolla gedən adamam və hesab edirəm ki, belə də lazımdır. Hamını öz əlaqələrimin içinə salmağa hazıram. Amma orada əsərə hansı reaksiya olacaq, mən cavabdeh ola bilmərəm. Kimin layiq bildiyi əsəri varsa, gətirsin, mən əlimdən gələni etməyə hazıram.
İlqar R:
- Fərqi yoxdur, kim istəyir gətirə bilər?
Kamal A:
- Təbii. Rasim Qaracadan tutmuş kim istəyir gətirsin. Mən hələ bir kitabımın nəşrinin maddi xərcini çəkməmişəm. Nə Braziliyada, nə Fransada, nə Polşada, nə Rusiyada. Əlyazmamı göndərmişəm, kitablarımın nəşrindən qonorar da almışam. Bəli, bəzən bu qonorar pul şəklində olmayıb, kitab şəklində olub. Amma mənim Fransada çıxan kitabımın qiyməti 26 Avro olub. Onlar həmin kitabdan mənə yüz nüsxə hədiyyə ediblər. Bu mənə bir qonorar kimi bəs edib. Yəni əsər lazımdır. Azərbaycan ədəbiyyatının tanınması lazımdır. İki ildir Salama da, Etimada da demişəm əsərinizi verin, göndərim. Hörmətli Rasim, bunlar gətirmirlər, sən gətir ver əsərini göndərim.
İlqar R:
- Sizcə, elə əsərlər varmı ki, sizin romanlarınızdan zəif deyil, amma xaricdə nəşr edilə bilmir?
Kamal A:
- Hamısı bunlardan zəifdi. Bu əsərlər Azərbaycan ədəbiyyatının çox gözəl əsərləridir. Mənim üç romanım Azərbaycan ədəbiyyatının “Bermud üçbucağı”dır. Kim bu üçbucağa bəd niyyətlə girəcək, batmağa məhkumdur.
İlqar R:
- İndi dinləyicilərdən kimdəsə belə bir sual yaradı ki, doğrudanmı, siz Azərbaycanda yazılan romanların hamısını oxuyub bu fikrə gəlmisiniz?
Kamal A:
-Təbii ki, yox. Oxuduqlarımın içində.
İlqar R:
- Oxumadıqlarınızdan hansısa o “Bermud üçbucağı”na daxil olub oranı dağıda bilərmi?
Kamal A:
- Yox, “Bermud üçbucağı”nı bəd niyyətlə ittiham, tənqid edənlərdən söhbət gedir. Yəni “Bermud üçbucağı”na bəd niyyətlə girə bilməzlər. Mən indi bunu zarafatyana dedim. Yəqin ki ağıllı dinləyiçi məni başa düşəcək. Amma yaxşıya yaxşı deyərlər, pisə pis.
İlqar R:
- Nə istəyirsiniz bu yazmağınızla, romanlarınızla?
Kamal A:
- Mən heç nə istəmirəm, qardaş. Oxuyan oxusun, oxumayan oxumasın.
İlqar R:
- Yaxşı, nə versinlər sizə?
Kamal A:
-(Gülür) Ciddi deyirəm. Mənə layiq olduğum qiyməti versinlər. Nə aşağı, nə də yuxarı.
İlqar R:
- Ümumiyyətlə, insana belə bir qiymət verilə bilirmi?
Kamal A:
- Əlbəttə verilir. Bəzilərinin “xor” adlandırdığı adamların, əlbəttə ki, hamısı yox, amma çoxu mənə adekvat qiymətimi verir. Mən onlara inanıram. Adekvat qiymət çox vacibdir. Bu, mənim ən çox ehtiyacım olduğu bir şeydir. Yəni çox da lazım deyil, amma az da insafsızlıqdır.
İlqar R:
- “Nobel” istəmirsiniz?
Kamal A:
- Niyə istəmirəm? “Nobel”i kim istəmir Azərbaycanda. Rasim Qaraca deyir ki, o, Nobel mükafatı ala biləcək adamlar hazırlaya bilər. O məktəbə də yazılmaq pis olmazdı (gülür)... Mənim “Yarımçıq əlyazma”m Nobel mükafatına rəsmən təqdim edilən bir roman olub. İlkin siyahıda var idi. Amma haracan getdiyini bilmədim. Çünki, onu gizlin saxlayırlar...
İlqar R:
- Hiss etdiniz, söhbəti rektorla başlamışdıq, yazıçı ilə bitiririk?
Kamal A:
-(Gülür) Yazıçı ilə başlasaydıq, rektorla qurtaracaqdıq...
Müsahibənin tam videoyazısına yuxarıda baxa bilərsiniz