Təhsil naziri: Müəllimlərin əmək haqları artırılacaq

Misir Mərdanov

Azərbaycanda müəllimlərin əmək haqları artırılacaq.

Bu haqda «APA»nın sualını cavablandıran Təhsil naziri Misir Mərdanov bildirib.

Nazir deyib ki, bununla bağlı ölkə başçısının sərəncamı gözlənilir:

«İmkan olduqca müəllimlərin əmək haqları dəfələrlə artırılıb, bundan sonra da artırılacaq».

ORTA MƏKTƏB MÜƏLLİMLƏRİNİN SƏNƏDLƏRİ ARAŞDIRILIR

M.Mərdanov saxta diplom məsələsinə də toxunub. O deyib ki, hazırda bütün ölkə üzrə müəllimlərin sənədləri araşdırılır:

«Məlum olub ki, çox müəllimin sənədi saxtadır. Məsələn, sənəddə yazılıb ki, BDU-nun Riyaziyyat fakültəsini bitirib, amma Təhsil Nazirliyindən aldığı diplomun nömrəsi bu adamın adına deyil... Saxta diplomluları işdən azad edəcəyik».