«Biz bu konfransla Azərbaycanda məşhurlaşmış tanınmış bir Norveç qəhrəmanını—Thor Heyerdahlı yad etmək istəyirdik»
Bu sözləri AzadlıqRadiosunun «Can Bakı» proqramına ötən həftə Bakıda keçirilən Thor Heyerdahl konfransının təşkilatçılarından Christer Daatland söylədi.
HEYERDAHLIN YOXLUĞUNDAN SONRA İLK KONFRANS İDİ
Mister Daatland həm Norveç, həm də Azərbaycan tərəfdən konfransı dəstəkləyənlərə və sponsorlara xüsusi minnətdarlığını bildirdi: «Thor Heyerdahlın ölümündən sonra ilk dəfəydi ki, belə bir konfrans keçirilirdi. Onun həyatı, tədqiqatları konfransın əsas mövzusu idi».
NƏDƏN BAKI?
Cənab Daatland aparıcının: «Konfrans üçün məkan nədən Bakı seçildi» sualını belə cavabladı: «Bu da Thor Heyerdahlın tədqiqatlarından qaynaqlanır. Çünki sonuncu böyük tədqiqatı məhz Azərbaycanla bağlı idi. «Odinin axtarışı» adlı kitabında o belə bir nəzəriyyə irəli sürdü ki, Skandinaviya və Qafqaz regionu, o cümlədən Azərbaycan arasında ta qədimdən mədəni əlaqələr olub. Bu sonuncu kitab onun ölümündən bir ay əvvəl çıxmışdı. Bir az da yaşasaydı, bu məsələlərlə daha dərindən məşğul ola bilərdi, tədqiqatlar aparardı».
Cənab Daatland bildirdi ki, Azərbaycan Dillər Universitetində 5 ildən artıqdır ki, Skandinaviya Regional Tədqiqatlar proqramı fəaliyyət göstərir və bu konfransın təşəbbüskarları da onlar olub: «Çünki Azərbaycanda məşhurlaşmış tanınmış bir Norveç qəhrəmanını Azərbaycanda yad etmək istəyirdik. Konfransın təşkilatçıları—Dillər Universiteti, Qərb Universiteti və Oslo Universiteti idi».
KONFRANS UĞURLU OLDU
Cənab Daatland 4 günlük konfransın uğurlu alındığını bildirdi: «Həm Azərbaycandan, həm də xarici ölkələrdən gəlmiş alimlər çıxış etdilər və çox geniş sahələri--arxeologiya,
linqvistika, tarix, geologiya, mifologiya, musiqi və s. sahələri əhatə edən çıxışlar səsləndi».
AİLƏ ÜZVLƏRİ DƏ KONFRANSA QATILDILAR
Verilişimizin digər qonağı «Azerbaijan International» jurnalının baş redaktoru Betty Blair konfransa xüsusi çalar verən faktdan danışdı: «Konfransda Thor Heyerdahlın ailə üzvləri də iştirak edirdi. Həyat yoldaşı Jacqueline Heyerdahl və böyük oğlu Thor Heyerdahl. Oğlu Azərbaycana ilk dəfə gəlirdi, amma xanımı əri ilə üç dəfə bu ölkədə olmuşdu—1994, 1999 və 2000-ci illərdə».
GƏLƏN İL HEYERDAHLIN 100 YAŞI QEYD OLUNACAQ
Xanım Blair Jacqueline Heyerdahlla söhbət etdiyini dedi: «O mənə bildirdi ki, Azərbaycan xalqına çox minnətdardır. Ona görə ki, Thor Heyerdahlın xatirəsini yaşadırlar. Onun məşhur «Kon-Tiki» kitabı 76 dilə tərcümə olunub və 2014-cü ildə Heyerdahlın 100 yaşı tamam olacaq. Bu yubiley bütün dünyada qeyd olunacaq. Xanım Jacqueline inanır ki, Azərbaycan bu tarixi ən geniş qeyd edən ölkələrdən olacaq».
YAŞA, XANIM BETTY!
Xanın Blair konfrans ərəfəsində «Azerbaijan International» jurnalında Thor Heyerdahlın məqalələrinin toplu şəklində çap olunma təklifini aldığını dedi: «Dedim, yox. Jurnal ingiliscə çıxır. Mən istəyirəm bunlar Azərbaycan dilində olsun. Mən fərqli fikir irəli sürdüm. Söhbət bu iki kitabın nəşrindən gedir. May ayından bəri gecə-gündüzümüz olmadan çalışdıq. Gərgin işlədik ki, bu kitabları çatdıraq və konfransda təqdim edək».
ÇOX GÖZƏL İMKAN İDİ
MEA-nın Şərqşünaslıq İnstitutunun Ərəb ölkələri tarixi şöbəsinin müdiri Fərda Əsədov konfransı Azərbaycan elmi ictimaiyyəti üçün çox önəmli və təəssüf ki, nadir elmi tədbirlərdən biri sayır: «Thor Heyerdahlın tədqiqatları Azərbaycanda bir çox araşdırmalara təkan verdi. Bu, beynəlxalq səviyyədə bəzən əsaslı, bəzən çox canlı nəzəriyyələri təqdim etmək, onları tənqid süzgəcindən keçirmək, nəyisə dəqiqləşdirmək və elmi araşdırmalar üçün yeni üfüqlər açmaq imkanı idi. İnanıram ki, konfrans ən azı bu sahədə olan gələcək elmi araşdırmalara təkan olacaq».
--Thor Heyerdahl kim idi? Onun özəlliyi nə idi? Norveç qəhrəmanı onu dünyada məşhurlaşdıran səfərlərə necə başladı?
--Betty xanım onun izinə necə düşdü? Əsəd bəydən Thor Heyerdahla keçid necə baş verdi?
--Thor Heyerdahlı Bakıya nə bağlayırdı?
-- Bakıda Thor Heyerdahlın o sensasiyalı fikrinə--Skandinaviya ilə Qafqaz arasındakı əlaqəyə reaksiya necə oldu? Bəs dünya bunu necə qarşıladı?
--Konfrans iştirakçısı olan norveçli Azərbaycan musiqisi ilə Norveç musiqisi arasındakı oxşarlığı necə üzə çıxardı?
--Həyatının sonu necə keçdi bu macəraçı adamın? Neçə yaşına qədər səfərlərini davam etdirdi? Onun oğul-uşaqlarından sənətini davam etdirən varmı?
«Can Bakı»nı elə bu səhifədən dinləyin.
P.S. Maraqlananlar Betty Blairin rəhbərliyi ilə Norveç etnoqrafı və arxeoloqu Thur Heyerdahlın ilk dəfə Azərbaycan dilinə tərcümə olunmuş «Adəmin izləri ilə. Xatirələr» və «Tur Heyerdal: Sərhədləri aşaraq, dənizləri aşaraq—Azərbaycanla əlaqələr» kitablarını bu ünvanlardan əldə edə bilərlər: ADA, «Azerbaijan International» jurnalı, Qərb Universiteti və «Əli və Nino» mağazalar şəbəkəsi.