İran ABŞ səfirliyinin tutulmasının ildönümünü qeyd edir
Sizin brauzer HTML5-i dəstəkləmir
Noyabrın 4-də minlərlə İran vətəndaşı “Amerikaya ölüm” şüarları ilə 1979-cu ildə öz ölkələrində ABŞ səfirliyinin tutulmasını qeyd ediblər. ABŞ-ın müdafiə etdiyi Məhmməd Rza Pəhləvi şah devrilərək İslam İnqilabın qalib gəlməsindən bir neçə ay sonra - 1979-cu il noyabrın 4-də inqilabçı tələbələrin bir qrupu ABŞ-ın Tehrandakı səfirliyinə hücum edərək 52 diplomatı girov götürmüşdülər. 444 gün davam edən böhran iki ölkə arasında əlaqələrin kəsilməsinə səbəb olub və həmin əlaqələr hələ də bərpa edilə bilməyib.