Ziyalılar Azərbaycanda korrupsiya haqqında

Ziyalı forumu, 4 noyabr 2011


Noyabrın 4-də Ziyalılar Forumunun toplantısında bir qrup ziyalı Azərbaycanda son illlər görünməmiş sözlərlə hökuməti tənqid etdilər.

Həmin toplantının tənqid hədəflərindən biri də Azərbaydanda rüşvət və korrupsiyanın səviyyəsi idi. Onların bu mövzuda fikirlərindən seçmələri təqdim edirik.



Cəmil Həsənli


Tarixçi, keçmiş millət vəkili Cəmil Həsənli: İndi “düz”, “doğru” adam deyəndə, tələb olunan rüşvəti tam yığıb yuxarı çatdıran, rüşvətin hesabını düz verən insanlar nəzərdə tutulur.

Azərbaycanda bütün sahələri inhisara alıblar, indi də rüşvətin inhisarı gedir.




Gültəkin Hacıyeva


Sabiq deputat Gültəkin Hacıbəyli: Mən necə deyə bilərəm ki, Azərbaycanda korrupsiya ilə bağlı problem yoxdur? Azərbaycanda korrupsiya bataqlıq həddinə gəlib çıxmayıbmı? Hətta bu problem Azərbaycanı, az qala Dağlıq Qarabağ problemi qədər çətin vəziyyətə salıb.




Yazıçı Anar




Yazıçı Anar: Ölkədə rüşvətxorluq, məmur özbaşnalığı, işsizlik, sosial bərabərsizlik var, bunları danmıram” (“Yeni Müsavat” 5 noyabr 2011)