Fransa prezidenti Nikolas Sarkozy İsrailin baş naziri Netanyahunu yalançı adlandırıb.
Bu hadisə G20 sammitində bir neçə gün əvvəl olub. Bu barədə məlumatı Fransa mediası noyabrın 8-də yayıb.
Fransanın Kann şəhərində keçirilmiş sammiti işıqlandıran jurnalistlər təsdiq ediblər ki, ABŞ prezidenti Obama ilə özəl, qeyri-rəsmi söhbətində Sarkozy Obamaya deyib ki, o daha Netanyahuya dözə bilmir, Netanyahu yalançıdır.
Jurnalistlərin bunu eşitməsinə səbəb Sarkozynin bu sözlərinin səhvən tərcümə üçün istifadə olunan sistemlə yayılması olub.
Fransız dilinə tərcüməyə görə Obama da Fransa prezidentinə cavabında deyib: “Hətta, Netanyahu Sizi bezdirsə belə, İsrail lideri ilə hər gün işləməliyəm.”