Qulu Ağsəs. Başının uğultusu...

Başının uğultusu
alnında şırım açan
kotandandı…
Səni
qoluna girməyə çağıran
Vətən-dəmdi…

Narı sümürürsənsə,
süddən yanıqsan…
Gözünlə qaşının arasındakı
qapı açılan gün…
o yanlıqsan…

Meşələr
qışda Günəşə
odun atmaq üçündü…
Yaydan çıxan oxlar
payıza çatmaq üçündü…