Çiyninə düşən yarpağa baxıb gülümsündü. Başını qaldırıb ona sataşan budağa barmağını silkələdi. Yəni, kəsərəm ha. Sonra həmin barmağını dodaqlarının üstünə qoyaraq çiynindəki sarı yarpağa gözlərini ağartdı. “Sss” dedi. Yəni səs salma, eşidən olar. Budağı və yarpağı hədələyəndən sonra yenə ehmalca tindən boylandı. Pahoo, nə qədər adam vardı! Tez başını geri çəkdi. Gərəksiz yerə həyəcanlandığı üçün özünə 1-2 “şirin” söz də dedi dodaqaltı. Elə dedi, heç özü də eşitmədi. İki-üç dəqiqə də keçdi. Axır birtəhər toparlanıb tindən buruldu, düz avtobusa tərəf getdi.
İstər-istəməz gülümsəyirdi. Avtobusun yanına yığışanların hamısı elə bil eyni vaxtda gördü onu, var səsləri ilə qışqırmağa başladılar. Amma nə dedikləri aydın deyildi. Hay-küylü salamlaşmalardan, qızlarla öpüşüb-görüşmələrdən sonra onun kim olduğunu tapmaq üzrə yarış başladı.
- İndi tapaq görəəək, bu qız kimdi...
Dəcəl Keçi birinci başladı. Şəkildəki kimiydi elə - gülməli. Mülahizələr yaz yağışı kimi töküldü üstünə. Amma bu sonsuz variantların içində onun adı yox idi. Gələcəyini deməmişdi heç kimə. Ağıllarına da gəlməzdi. O isə uşaqlara baxıb gülürdü. Demək olar ki, hamısını bir anda tanımışdı. Roşka, Günəş, Abbasquluağa, Şeytan, Gül, Etibar....Elə bil yüz ildir bir yerdə bunlarla dönər yeyib, ayran içir. Təsəvvür etdiyi kimi sevimli idi hamısı. Axır səs-küyə dözə bilməyib sakitcənə:
- Mən Payızam – dedi.
Elə səslə dedi, sanki həyatının ən böyük etirafını eləmişdi. Bundan sonra səs-küy daha da gücləndi. Öpüşmə mərasimi yenidən başladı. Bu vur-çatlasın bəlkə də hələ uzun sürəcəkdi, yaxşı ki, iki maşın avtobusa çatıb dayandı. Ağ maşından əvvəlcə uşaqlar tökülüşdü. Sonra bir qadın düşdü. Lap axırda sürücü. Sarıköynəyi o dəqiqə tanıdı. Heç kimə macal verməyib yüyürdü qızın üstünə. O da tanımışdı. Möhkəm-möhkəm sarıldılar bir-birlərinə. İllər ayrısı kimi. Hərçənd ilk dəfəydi görüşürdülər. Onun ardınca qızlar da Sarıköynəyi əhatəyə aldılar. Hamının sevimlisi idi Sarı. Sarıköynəyin əri onlara təəccüblə baxıb gülürdü.
Qırmızı maşının içindəkilər isə tələsmək fikrində deyildilər. Hətta elə düşünmək olardı ki, bu maşının burada yığışanlara, ümumiyyətlə, bütün bu haqq-hesaba heç bir dəxli yoxdur. Amma qapılar açıldı. Bir qız, bir oğlan düşdü. Oğlan gülürdü. Qızın qolundan tutub yavaş-yavaş avtobusa yaxınlaşdı. Gümrah səslə:
- Sabahınız xeyir! – dedi.
Hamı salamlaşdı. Uşaqlar təəccüblə bir-birlərinə baxdılar. Gələni tanıyan yoxuydu.
- Balam, sizdə Ağsaqqalla belə görüşürlər?
Budəfəki səs-küy artıq səhər yuxusuna haram qatılmış bina sakinlərini də eyvanlara tökdü və səyahətçilərin qadınların qara-qışqırığı altında avtobusa doluşub aradan çıxmaqdan başqa çarəsi qalmadı.
Nəhayət ki, görüşdülər. Demək olar, hamı gəlmişdi. Çoxdan hazırlaşırdılar. Proqram tutmaq üstündə hətta bir-birindən küsənlər də vardı. Əvvəlcədən tanış olanlar daha şən görünürdülər. Avtobusda elə qarışıqlıq vardı ki, it yiyəsini tapmazdı. Əvvəlcə uşaqları arxadakı böyük oturacaqlara keçirdilər ki, rahat olsunlar. Sarıköynəyin iki oğlu, Günəşin qızı, Mexanın iki qızı artıq dostlaşmışdılar. Dünya veclərinə deyildi. Amma yekələrin səs-küyünə çatmazdı onların cır səsi. Admin hamının yerbəyer olduğunu görüb irəli çıxdı.
- Salam , uşaqlar!
Xor cavab verdi:
- Salam, cənab Admin!
Admin qabaqdakı oturacaqlardan birinə söykənib nitqinə davam elədi:
- Uşaqlar, təklif edirəm, bu gün hamı bir-birini nikiylə çağırsın!
- Uraaaaaa!!
- Deyirəm, mənzil başına çatmamış yolda bir çay içək.
- Uraaaaaa!!
- Kim dözə bilməsə, utanmasın, desin, avtobusu harada gəldi saxlada bilərik.
- Uraaaaaa!!
Belə məlum oldu ki, bu gün heç nəyə etiraz edilməyəcək. Bu gün hər kəsdə başqa bir əhval-ruhiyyə vardı.
Avtobus tərpənəndən sonra səs-küy azaldı, sözə yer açıldı. Tanışlıqlar başladı. Payız pəncərənin qarşısında özünə yer edib uşaqları süzürdü. Bir foruma yığışmış insanlar idilər. Müxtəlif yaşda, müxtəlif peşədə. Bəzən adam fikirləşir ki, tanımadığı bir adamla ortaq nəyi ola bilər? Üzünü görmədiyin insanları necə özünə doğma saya bilər? Həm də hər gün həyatda gördüklərindən daha çox. Forumdakılar kimi. Burada insanlar söz döyüşünə, fikri yürüşünə çıxırlar. Sevinirlər, kədərlənirlər. Sevib-sevilirlər. Bəzən istəmədən bir-birlərinin könlünə dəyirlər. Amma yenə də gəlirlər. Sanki gedəcək başqa yerləri – qohum evləri, rəfiqələrin, dostların iş yerləri, dükan-bazar yoxdur, elə bura var ancaq....
Onu fikirdən Dəcəl Keçi ayırdı:
- Nədi, sakitcə durmusan ki, dəyib-dolaşan olmasın? Heç kimə imkan vermirdin ki, forumda.
Payız güldü.
- Yaxşı, deyirsən neyləyim?
- Səhər-səhər ac gələn olar birdən. Al bu buterbrodları, payla camaata, bir qabiliyyətini görək. Hamımız subay uşaqlarıq.
Avtobusda gülüşmə qopdu. Çarəsi yoxuydu. Yerindən qalxıb avtobusun arxasından başlayaraq buterbrodları paylamağa başladı. Daha doğrusu özünü subay uşaqlara göstərməyə. Arxada oturmuş balacalar imtina etmədilər. Sarıköynək istəmədi, əri götürdü. Ağsaqqal əvvəl 2 dənə istədi, sonra “3” dedi, aralanmaq istəyəndə “4 dənə ver” eşitdi.
- Hamısını yeyəcəksən?
- Yox, pəncərədən quşlara tökəcəm.
Hamı gülüşdü. Ağsaqqal yanında oturmuş arvadına işarəylə:
- Buna 5 min dollar xərc çəkmişəm. İndi də gərək yaxşı baxam də, zay olub getməsin. Üçünü o yeyəcək, birini mən - dedi.
Arvadı qaşlarını qaldırıb fağır bir təbəssüm göstərdi. Payız başını bulaya-bulaya Ağsaqqala dörd dənə buterbrod verib irəli keçdi. Günəş də birini götürdü. Roşka çipsiyə girişdiyindən buterbroda çəpəki baxdı. Dəcəl Keçinin başı Gülə necə qarışmışdısa, nəinki başının üstündə duran Payızı görmürdü, hətta söhbətinə bütün avtobusun qulaq kəsildiyinin də fərqində deyildi.
- Gülüm, axı, sən mənə niyə inanmırsan? Vallah, ömrümdə əlimə qələm alıb şeir yazmazdım, sən məni buna məcbur elədin. Özümə yer tapa bilmirəm. Dərsdə oturammıram e. Axır qovacaqlar universitetdən. Dədəmə cavab verə biləcəksən onda?
Daha avtobusda səbir qalmamışdı. İçinə bomba düşmüş kimi partladı. Keçi yerindən dik atıldı. Qıp-qırmızı olmuşdu. Özünün dediyi kimi, sovet onluğuna dönmüşdü. Gülməkdən Gülün də gözlərindən su axırdı. Dəcəl Keçinin sevgisindən forumda hamı xəbərdardı. Amma neynirsən, Gülü bişirə bilmirdi ki, bilmirdi.
- Bəsdirin də. Elə bil kinoya baxırlar. Nə gözünüzü zilləmisiz?
Keçinin bu sözləri gülüşün dərəcəsini artırmağa xidmət etdi ancaq. Bəlkə də mənzil başına çatınca güləcəkdilər, amma qəfildən sürücü maqnitofonunu işə saldı. Millətin səsi xırp kəsildi. Maqnitofondan çıxan səs hamını yerindəcə dondurdu və yola çıxandan bəri ilk dəfə olaraq etiraz səsləri göyə bülənd oldu:
- Ay dayı, sən Allah, kəs onun səsini!
- Dayı, qurban olum, bizə yazığın gəlsin!
- Ağsaqqal, biz dincəlməyə gedirik e, dincəlməyə.
Sürücü axır ki, onun seçimindən narazı olan kütlənin səsini eşitdi. Maqnitofonu söndürüb maşını saxladı. Hirslə geri çevrildi:
- Nədi, ə, nə səsinizi atmısız başınıza? Mən kimə qulaq assam, ona da qulaq asacaqsız. Heç sözdü! Sizin Rəqsanədən xoşunuz gəlmir deyə, mən bir manat verdiyim kaseti çölə atmalıyam??
Sürücü avtobusu işə salıb hirslə yeni kaset axtarmağa başladı. Birini götürüb baxdı. Deyəsən, 25 cüt gözdən çıxan alov qarşısında geri çəkilməyə qəra vermişdi hər halda. Hamının qanı qaralmışdı. Uşaqlar Roşkanı avtobusdan atmağa hazır idilər. Bu avtobusu o tapmışdı. Yazıq oğlan qəzəbli baxışlar altında büzüşüb yumağa dönmüşdü. Admin irəli keçib problemi sülh yolu ilə həll etmək istəyirdi ki, Röyanın səsi avtobusa yayıldı. Elə bil səhraya yağış yağdı... Sən uzaq deyilsən, yolun bir addım, qürurum qoymayır mən atım addım... Sürücü mahnının ritminə uyğun sağa-sola yellənməyə başladı. Hamı təəccüblə bir-birinə baxdı. Bu kişinin nə qəribə zövqü varmış. Qəfildən də avtobus gülüş xoruna çevrildi. Sürücü öz aləmindəydi. Uşaqların səsini eşitmirdi sanki.
Payız başını pəncərəyə söykəyib uzaqdan görünən dağlara baxırdı. Avtobus onu yırğaladıqca xumarlanırdı. Nədənsə, heç danışmaq istəmirdi bu gün. Onsuz da yanında oturmuş Sükut adına layiq bir tövr nümayiş etdirirdi. Forumda saatlarla danışmadığı kimi, burada da lal-dinməz oturmuşdu, elə bil dili yox idi. Hərdən mülayimliklə gülümsəyirdi. Amma qəşəng qız idi Sükut. Sükut özü gözəl olan kimi.
Yaxınlaşdıqca bütün gözəlliyi ilə göz qamaşdıran dağlara baxa-baxa həmişəki arzusunu xatırladı. Dağın başına çıxıb dibi görünməyən dərəyə tullanmaq. Təbii ki, sağ qalıb yenidən o biri dağa çıxmaq və yenə dərəyə tullanmaq. İndi də ki payız. Adamın bu dağların arasında ölüb qalmağı gəlir lap. Şəhərdə, asfalt üzərində yıxılıb ölmək qədər iyrənc bir şey yoxdu, düşündü. Mütləq torpağın üstündə ölmək lazımdır. Özünə söz verdi ki, meşəyə çatan kimi ayaqqabılarını soyunub torpağa toxunacaq. Və qəfildən başa düşdü ki, o, heç vaxt şəhərli ola bilməyəcək. Yüz il də bundan sonra şəhərdə yaşasa, elə kəndçi öləcək. Lap məhşur adam kimi ölsə də, vəsiyyət edəcək ki, onu zəhləsi getmiş Fəxri Xiyabanda yox, kəndlərində basdırsınlar, qoca palıdın keşik çəkdiyi qəbirstanlıqda...
Yarıyolda dayanıb süni bir gölün kənarında çay da içdilər. Sərin payız səhərində samovar çayı paxlavaynan yaxşı getdi. Bazarlıq da etdilər yaxınlıqdakı şeytanbazardan. Yenə yola davam. Yolları sevirdi. Yol onu yorsa da, sevirdi. Yol ümiddi axı. Daha yaxşısını görməyə, daha gözəlini sevməyə böyük bir ümid. Yolların kənarındakı evləri də sevərdi, adamları da. Uşaqları daha çox. Gəlib-gedən maşınların ardınca həsrətlə baxan bütün uşaqları özüylə aparmaq istərdi həmişə. Amma onlara nə vəd edə bilərdi? Yalnız məchulluq. Onsuz da məchul gələcək ümidilə böyüyən uşaqların həyatını daha da çətinləşdirməyə nə lüzum? Qoy, elə yol kənarlarında böyüsünlər. Qoy, elə bilsinlər ki, bütün yolların başında xoşbəxtlik var. Yol boyu gördüyü hər şeyi unudardı. Uşaqların qapqara gözlərindən başqa. Bu şəffaf, işıqlı gözlər hər yerdə onunla idi...
...Başı pəncərəyə dəyib qayıtdı. Qəribə zövqlü sürücü əyləci bərk basmışdı. Avtobusdan tökülüşüb meşənin tər-təmiz havasını ciyərlərinə çəkdilər. Dəli buzov kimi ora-bura qaçmağa başladılar. Balaca uşaqlar belə onlara təəccüblə baxırdılar. İdman ayaqqabılarını çıxarıb ayaqlarını ehtiyatla şehli otlara basdı. İçinə elə bir rahatlıq doldu ki...Min ildi belə rahat deyildi. Sərinlikdən yüngülcə titrədi.
Uşaqlar var-gəl edib özlərinə gəldikdən sonra işi aralarında böldülər. Həmişəki kimi kişilər ova gedəsi oldu. Daha doğrusu, yoldan aldıqları qoyun cəmdəklərindən kabab çəkməyə girişdilər. Könüllülərdən ibarət odunçu dəstəsi də təşkil edildi. Qızlar da süfrə düzəltməyə başladılar. Əsl aradan çıxmaq vaxtı idi. Sakitlik istəyirdi içi. Amma arzusu ürəyində qaldı. Avtobusdan onu qaralamış uşaqlar aldılar başının üstünü. Sarıköynəyin iki oğlu, Günəşin qızı, Mexanın qızları.
- Xala, bizi çayın yanına apar da, anam deyir tək getməyin.
- Xala anandı!
Uşaqlar bu xaladan bir şey anlamayıb, pərt-pərt bir-birlərinə baxdılar. Ürəyi durmadı, ucadan gülüb ikisinin əlindən tutdu.
- Yaxşı, yaxşı, mısmırığınızı sallamayın, hara istəyirsiz apararam sizi. Amma bir-birinizin əlindən tutun.
Bu, yenə pendir doğramaqdan yaxşıdı, düşündü.
...Çay bulanıq axırdı. Əsl payız çayı idi. Dağ döşündəki ağaclardan qopub çaya tökülmüş sarı, qızılı yarpaqlar onun üstündə xalça kimi görünürdü. Təbiət kimi usta xalçaçımı var? Düz dağların zirvəsindən çayın xırda arxlara ayrıldığı yerəcən öz sehirli əllərilə elə bir naxış vurmuşdu ki, adamın yüz gözü ola, yenə bu mənzərəyə doymazdı. Rənglərin ahəngi adamı heyrətə salırdı. Heç nə qarışmayıb. Hər biri öz yerində gözəldi. Hər rəng öz dilində çayın musiqi müşayiəti ilə ustadını mədh edirdi...
Çay kənarının soyuqluğundan qorxub uşaqları tez geri qaytardı. Xəstələnərdilər birdən. Avtobusun yanına gələ-gələ payız çiçəkləri yığdı uşaqlarla, payız çələngi hörəcəkdi onlar üçün. Uşaqlarla əylənmək özü də bir istirahətdi. Bir tərəfdə döşəkcə atıb oturdu, uşaqlar da yığışdı başına. Yalandan nağıl düzüb-qoşur, mahnı oxuya-oxuya onlara çələng toxuyurdu. Hərəyə öz başının ölçüsündə. Uşaqlar da ona kömək edirdilər. Kim hansı çiçəkdən istəyirdi, tapıb gətirirdi, Payız da çələnglərə çiçəkdən naxış vururdu. Təbiəti yamsılayırdı.
Süfrə düzəldən qızlar yorulmaq bilmirdilər. Gətir-götür çox sürətlə gedirdi. Sarıköynək əsl evdar xanım kimi rəhbərlik edirdi qızlara. Gözü süfrədə, fikri kababçıların yanında idi. Nəsə hiss eləmişdi Payız. Amma açıb-ağartmağı lazım bilmirdi. Bilirdi ki, elə şeylər var, onu adam heç özünə də etiraf etmək istəmir. Guya, bilsə nolacaq, bilməsə nolacaq.
Ağsaqqal burada da əldən iti idi. Elə dildən də. Evi tikilmiş, nə qədər danışırdı. Amma adam yorulmurdu onun söhbətlərindən. Süfrəyə də birinci onun manqalından gəldi kabab, özü gətirdi. Sarıköynək tez böyük boşqab ayırdı kababı qoymaq üçün. Qızın əlləri əsirdi. Bu avaranınsa vecinə deyildi. Hərdən manqalın başından boylanırdı, amma həyəcan-filan hiss olunmurdu. Payız hər şeyi görürdü.
İkinci manqaldan xəbəri Roşka gətirdi. Onun kababları da yaxşı çıxmışdı. Uşaqlar artıq süfrə başına yığışmaqdaydı. Ağsaqqalın zarafatları qızların gözəl bir süfrə açmasına həqiqətən kömək eləmişdi.
Hamı oturandan sonra Admin dizləri üstə durdu. Bu stol olan məclisdə ayağa durmaq kimi bir şeydi elə.
- Uşaqlar, hamını bir yerdə görmək çox gözəl duyğuymuş. Düzü belə təsəvvür eləmirdim. Mən şəxsən çox sevinirəm....
Admin dostluqdan, yoldaşlıqdan, sevgidən danışırdı. Forumdakı küsülülərin barışmasını arzulayırdı. Qismət olsa forumçuların toylarında birgə iştirakdan dəm vururdu. Balacalar bu əminin dediklərinə əhəmiyyət verməyib ağız-burunlarını kabab hisinə bulaşdırmaqdaydılar. Günəşin gözü uzaqlara dikilmişdi. Sarıköynək gözaltı süfrənin o başına baxırdı. Süfrənin o başında Ağsaqqal oturmuşdu arvadını qucaqlayıb...
Nəhayət, Admin son sözünü dedi:
- İçək sənin, mənim, onun yox, bu görüşün sağlığına!
Badə əvəzi balaca stəkanlar, dəmir, plastmas fincanlar havaya qalxdi. Sürücü tez yüyürüb öz sevimli maqnitofonunda “Süleymanı” qoydu. Yooox, bu kişinin musiqidən anladığı varmış. Utanmayanlar bir anda düşdü ortalığa, sonra guya utananlar meydana çıxdı, lap axırda həqiqətən utananlara yer verildi. Uşaqlar da özlərinə balaca rəqs meydançası düzəltmişdilər. Nə çalınsa oynayırdılar. Bu arada Çiçək Ağsaqqalın arvadından soruşdu:
- Qızınızı niyə gətirməmisiz?
Ağsaqqal tez arvadının yerinə cavab verdi:
- Nənəsinin yanında qoyduq ki, əl-ayağa dolaşmasın.
Payızın dili dinc durmadı:
- İndi 5 min dollar xərc çəkmisən deyə, danışmağına da ürəyin ağrıyır?
Ağsaqqalın arvadı xəfifcə gülümsədi.
Oynamaqdan yorulub oturandan sonra güc verdilər dilə. Ədəbiyyatdan başlayıb siyasətlə davam elədilər. Hərdən dünyanın faniliyinə də baş vurdular. Forumdan yarımçıq qalmış müzakirələrini yekunlaşdırdılar. Söz davasına çıxan əsasən oğlanlar idi. Qızlar öz favorilərini izləməklə və bəzən də onlara dəstək verməklə işlərini bitmiş sayırdılar. Arada çay da verirdilər boğazıqurumuşlara. Ağsaqqalın səsi kababdan sonra daha da gurlaşmışdı. Uzun müzakirələrdən sonra Admin elan elədi ki, yediklərini həzm etmək üçün indi hamı ora-bura dağılışıb gəzə bilər. Amma saat 6-da hamı avtobusun yanında olsun. Yoxsa gecikənlərin hesabına çaqqallar banket edəcəklər bu gecə.
Payız uşaqları götürüb meşəyə girən yerdə düzəldilmış pilləkənlərlə üzüyuxarı çıxdı. Daha yuxarıda şəlalə vardı. Amma hava sərinlədiyinə görə uşaqları ora aparmaq istəmədi. Uşaqlar tərəfindən böyük psixoloji və fiziki təzyiqlərə məruz qaldıqdan sonra şəlaləyə yaxınlaşmağa icazə verdi. Uşaqların şəkillərini də çəkdi şəlalənin yanında. Bir az şəlaləyə tamaşa edib yavaş-yavaş aşağı enməyə başladılar. Balacalar qabaqda qaçaraq düşüb getdilər. O tələsmirdi uşaqlar kimi. Onların görəcəyi payızlar hələ qabaqdaydı. Hələ hər payızın dadını çıxarmağın nə qədər vacib olmasından xəbərsiz idi bu körpələr. O ki bilirdi hər payız ömürdən gedir. Hər payızı insan gözünə köçürməli, ordan da atmalıdı ürəyindəki qırxıncı otağa. Payız başını dizlərinə söykəyib ağlamağını sakitcə dinləyəcək qədər səbirli biri.
Meydançada dayandı. Məhəccərə söykənib dörd tərəfini sarmış payıza tamaşa eləməyə başladı. Burada payız nə gözəldi, düşündü. Şəhərdə payız da hiss olunmur. Bir də yaz. Çiçəkləmiş bir ağac tapa bilmirsən yaz gələndə. Bir yazda ki şaftalı çiçəklərinin ətrindən bihuş olmadın, day o yaz nə yaz oldu? Demək, ömrünün neçə yazını, neçə payızını yaşaya bilməmişdi. Şəhərdə bir qış var, bir də yay. Qar və bürkü. O isə payızı sevirdi, bir az da yazı. Ona həmişə elə gəlirdi ki, hər fəslin öz ruhu var. Payızın ruhu daha kövrəkdi - əl vurma, sınar. Daha rənglidi payızın ruhu. Ona görə də insanın duyğuları payızda bir başqa cür olur. İnsan payızda daha yaxşı dil tapır təbiətlə. Yəni öz ilkiylə, yaranışı ilə. İnsan heç bir fəsillə payızla etdiyi qədər söhbət edə bilmir. Təkcə payıza deyə bilir dərdini. Bəlkə payız da dərdli olduğundandı insanı daha yaxşı anlayır. Heç soruşan olubmu ki payızdan, nədən belə qəmlisən? Ona elə gəlirdi ki, Tanrı da insanı payız gecələrində daha tez eşidir....
- Həə, Payız xanım, bu il də vaxtında gəlib çıxdın, gecikmədin...
Səsə çevrilmədi. Yenə o idi - ikibaşlı danışmaq ustası. İndi, gəl, bunun boynuna qoy ki, sən mənə atırdın sözü. Deyəcəkdi ki, mən qızarmış yarpaqlara, saralmış otlara, adam üşüdən havaya xitab edirdim. Əşi, nəsə tapıb deyəcəkdi onsuz da. Gəlib onunla yanaşı durdu. Buradan bulanıq çayı, batan Günəşi, qızıl-qırmızı ağacları seyr etmək başqa aləm idi. Burada payız özünün böyük bir tablosunu qoymuşdu. Gələn-görən məst olmaqdaydı. 442 67 34 0
- Payızın dəlisiyəm...
- Mən də.
- Niyə bizi üzən şeyləri çox sevirik axı? Qəmli mahnıları, içimizi üşüdən payızı, kədərli xatirələri…
- Kədərli qadın daha gözəldir…
- Ona görə də işin-gücün xanımları kədərləndirməkdi, hə? Day keçib, gərək sənə təşəkkür etsinlər gözəl göründükləri üçün. Bərk dirənsən, hesab da ala bilərsən buna görə onlardan.
Kədərli təbəssümə boyandı üzü.
- Heç kim məni tanımır - dedi.
- Təbii. İnsan istəmədikdən sonra onu kimsə tanıya bilməz.
Sanki onu eşitmədi, eşitmək istəmədi. Əvəzində qollarını yana açıb var səsiylə bağırdı:
- Xoş gəldiiiiiin, payıııııııız………..
Səsi dörd tərəfdə mürgüləyən dağları diksindirdi. Onlar da hirslənib onun dediklərini özünə qaytardı. Geri qayıdan səs saralmış otlara, qırmızı yarpaqlara sığal çəkib qayıtdı. Çayın səsi belə bu səsi boğa bilmədi. Aşağıda toplaşmış uşaqlar da başlarını qaldırıb onlara baxdılar. Arvadı gülə-gülə əl elədi.
- Mən getdim, Payız. Sən də gəl artıq, soyuq alar, əynin nazikdi.
Sözünü deyib qollarını oynada-oynada pilləkənlərə doğru qaçdı.
- Sən Ağsaqqal deyilsən…
O, pilləkənin başında duruxub qaldı. Gözləmədiyi ittihama üzünü çevirməyə tələsmədi. Nəhayət döndü. Artıq özünü toplamışdı. Gülümsədi.
- Bu qədər xəyalpərvər olma, canım. Ağlına gəlməyən şey yoxdu da sənin.
- Nə deyim? Bayaqdan içimdə belə bir hiss var.Yerişindənmi, gülüşündənmi, bilmirəm. Amma sən o deyilsən.
Yenə gülümsədi. Sonra lap qəhqəhə çəkdi.
- Sən ki onu görməmisən. Nə bilirsən?
- …Bilirsən, sən o boy-buxunda, lap o sir-sifətdə də ola bilərsən. Lap onun əkiz qardaşı ol. Onun kimi danışıb-gülə də bilərsən. Onun kimi zarafatlar, atmacalar, lap savadın da qıcqırıb qulaqlarından tökülə bilər. Onun kimi, ondan artıq. Amma sən o ruhda ola bilməzsən. Ruhlar bir-birlərinə ancaq oxşaya bilərlər, eyni olmazlar…
- Bir dayan görüm, təzə medium peyda olub deyəsən…
O, yaxına gəldi. Hələ də gülürdü, bu dəfə gözləri maraqla parıldayırdı.
- Sən ki onu tanımırsan, nə bilirsən onun ruhu haqqında?
- Bəs yazılar? Köhnə kişilər deyərdilər ki, insan nə yazır, yazsın, o, ancaq özünü yazır. Mən də deyirəm ki, insan lap özünə yazır, özünə xitab edir, eşitmək istədiklərini yazır, lap özündə yazır, kağıza, kompyuterə yox, öz içinə yazır. İnsanın yazdıqlarına onun öz ruhu hopur. Yazı bir ayrı şeydi axı, tamam ayrı şey… Sən o deyilsən…Heç yanındakı da o deyil, yəni arvadın deyil. Sən subaysan. O yazıq qız da düşüb sizin oyununuzun ortasına. Yəqin ki, tanışlarınızdandı. Vallah, “sübut elə” desən, bacarmaram. Hiss edirəm sadəcə. Məncə, evli kişilər, ərli qadınlar özlərini belə aparmamalıdı. Nəsə mənə elə gəldi ki, sən onu heç qısqanmırsan. Amma sən çox qısqanc olmalıydın axı. Qadınını üzə çıxartmayacaq qədər qısqanc. O da uşağı olan anaya oxşamır. Bir dəfə də olsun saatına baxmadı. Bala qoyub gəlmiş analar tez geri qayıtmaq istərlər məncə…
Günəş dağın arxasında gizlənməkdəydi. Sanki ifşa olunan o idi. Tez aradan çıxmaq istəyirdi. Qızıl-qırmızı şüalar oğlanın gözlərindəki qeyri-müəyyən, hardasa çaşqın ifadəni daha aydın göstərməkdən zövq alana oxşayırdılar – həvəslə oynaşırdılar. Ağsaqqal sakitcə dayanmışdı və hiss olunurdu ki, özünü müdafiə etmək fikrində deyil. Bu dəfə Payız pilləkənlərə doğru getdi. Hoppana-hoppana bir-iki pillə düşüb dayandı. Üzünü çevirib yerində donub qalmış oğlana baxdı:
- Sarıköynəyə deməyəcəm. Demərəm də heç vaxt. Qoy bu sevinclə yaşasın…ömrü boyu bəsidi…onu görmüş bilsin özünü…Hə, ona da deyərsən ki, indi işim çoxdu. Vaxtım olan kimi onu mütləq çox istəyəcəm, etdiklərinə baxmayaraq…nikində şeytan tükü var ölmüşün…Sən də gəl artıq, soyuq alar, əynin nazikdi.
Payız pillələri hoppana-hoppana düşüb aşağı meydançaya çatdı. Hamı yığışmışdı. Getmək vaxtı idi.
Bu qəribə zövqlü sürücü bu dəfə türk estradasından seçmələr qoymuşdu. Avtobusdakılar susmuşdular. Sürücü Allahından dönüb yenidən Rəqsanəni də oxutsaydı belə, etiraz etməyə kimsədə taqət qalmamışdı. Hamının üzündə məmnun bir yorğunluq vardı. Gülün başı Keçinin çiynindəydi. Gözlərini yummuşdu. Demək, axır ki, bacarmışdı Keçi. Rəngli payız, sevimli payız kömək eləmişdi ona. Uşaqlar analarının qucağında uyumaqdaydılar. Sarıköynək balaca oğlunu qucaqlayıb əslində özünün titrəməsini gizlədirdi. Fikri bu dünyada deyildi. Roşka yenə çipsi xırçıldadırdı. Günəş qızına laylay çalırdı pəsdən, pis öyrətmişdi bu yaşda qızı. Ağsaqqal da fikirliydi. Arvadım dediyi qızın çiyninə qoymuşdu başını. Admin sürücüylə təzə salınmış yoldan danışırdı.
…Sezenden sonra növbə Tarkana çatdı...Uzun, incə bir yoldayım...Payız fikirləşdi ki, o da doğulandan yola çıxıb hamı kimi. İndi çoxmu getmişdi, azmı getmişdi, dərə-təpə, yoxsa düzmü getmişdi, bilmirdi. Bu an bildiyi bircə o idi ki, bu amansız yolun daha bir hissəsini arxada qoymaqdaydı. Pəncərədən bir-birinin ardınca düzülmüş maşınlarınqırmızı işıqlarına baxıb gülümsədi. Ağlından keçirdi ki, bu gün çox yaxşı gün oldu, çox əla gün idi bu gün. Qollarıyla özünü qucaqladı, qaraca gözlərini yumub yatdı. Doğrudan-doğruya yatdı. Yuxuda uşaq kimi gülümsəyirdi...