Azərbaycanın ev sahibliyi edəcəyi «Eurovision-2012» mahnı müsabiqəsində Almaniyanın «Brainpool GmbH» şirkəti rəsmi istehsal tərəfdaşı seçilib.
Bunu «Eurovision» üzrə Azərbaycanın milli yayımçısı olan İctimai Teleradio elan edib.
«Brainpool GMbH» şirkəti Bakıda keçiriləcək 57-ci «Eurovision» yarışmasında dizayn, texniki dəstək və şou təşkil etməkdə aparıcı tərəfdaş olacaq.
«Eurovision-2012»nin icraçı prodüseri Adil Kərimli deyib ki, «Brainpool GmbH» şirkəti bu ilin mayında Düsseldorfda keçirilmiş 56-cı «Eurovision» yarışması zamanı üzərinə düşən vəzifəni yüksək səviyyədə həyata keçirib:
«Biz şirkətlə əməkdaşlıq etmək niyyətindəyik, çünki onların təcrübəsi var və bu möhtəşəm layihədə bizə kömək edə bilərlər». /apa/