Dekabrın 2-də Demokrat Gənclər Təşkilatının üzvləri və müstəqil gənclərin bir qrupu metroda gediş haqqının artmasına qarşı etiraz aksiyası keçiriblər.
Onlar «Sahil bağı»ndan hərəkət edərək metronun «Sahil», «İçərişəhər» və «28 May» stansiyalarında üzərinə «Sus, yatanlar oyanar, 5+15+20?» yazılmış plakatları divarlara yapışdırıblar.
Bəzi vətəndaşlar da qiymət artımına münasibətdə gənclərlə həmrəy olduqlarını bildiriblər.
«28 May» stansiyasında iki nəfər mülkigeyimli şəxs aksiyaya müdaxilə edib. Gənclərdən Rövşən Əsədovu saxlayaraq stansiyanın daxilindəki polis məntəqəsinə aparıblar.