Aytən Nəsibbəyli. Sənsiz

Rəngsiz

Kimsəsiz xatirələrə
möhtac olmuşam
sən gedən gündən .
yazığın gəlsin
qayıt gəl
heç deyilsə
ürəyimdə qurduğun
o bütə heyfin gəlsin.

Gözlərim
Uzaqlara dikilir
Getdiyim hər yerdə.
Elə bil
çıxıb gələssən
Itdiyin o uzaq nöqtədən

Saatım
düşmənim olub .
keçən hər dəqiqə qəsdimə durub
sənsizliyi əbədiləşdirdikcə
sənsizlik
gözümə biz kimi batır.

Dəli kimi
Küçələri qaçıram .
Dərdim özümdən dəli.
Qışqırıram:
“hardasan?”
Səsim özümə qayıdır.