İrandakı dini hakimiyyət və İslam haqda kəskin yazıları ilə seçilən yazıçı Rafiq Tağı qətlə yetiriləndən sonra İranla bağlı sərt bəyanatlar verən başqa yazarlara qarşı da təhlükə ola biləcəyi haqda mətbuatda narahatlıqlar yer alır.
"Yeni Müsavat" qəzeti İranda azərbaycanlılara qarşı ayrı-seçkilik siyasətini tənqid edən şair Sabir Rüstəmxanlı ilə söhbətləşib. 2009-cu ildə Nardaran kəndində keçirilmiş aksiyada radikal dindarlardan biri onun barəsində "ölüm fitvası" da vermişdi.
- Sabir bəy, bəs mühafizəçiniz var?
- Mən heç zaman mühafizəçiyə ehtiyac görməmişəm. Ümumiyyətlə, bəziləri kimi beş-altı mühafizəçi ilə gəzməyi sevmirəm. Hərəkət marşrutum da olduqca məhduddur. Ev, Milli Məclis, partiya, bəzən də kitabxana...
Gizli həyatım da ki, yoxdur. Mən millət vəkiliyəm. Güman edirəm ki, bu hadisədən sonra təhlükəsizliyimi qorumaq dövlətin işidir. Eyni zamanda, daxilimdəki inamla deyirəm ki, hər kəsin bir taleyi var.
Mənim də Allahım var və məni qoruyur. Dəfələrlə ölümdən dönmüşəm və tək Allahım məni qurtarıb. Digər tərəfdən, hər bir yerdə məni sevən insanlar var
Mənim İranın indiki rejiminə qarşı mübarizəm var. Mənim dərdim orada yaşayan 35 milyon azərbaycanlının dərdidir. Mən hər zaman İran siyasətini tənqid etmişəm və indi də öz fikirlərimdə qalıram.
və onlara güvənirəm. Hər kəsin bir alın yazısı var...
Amma cəmiyyətdə də elə bir şərait olmalıdır ki, kimsə özünə qarşı təhlükə hiss etməsin. Düşünürəm ki, Rafiq Tağının öldürülməsindən sonra hökumət öz vətəndaşlarının taleyi üçün məsuliyyətini artırmalıdır.
- Son günlər belə bir təəssürat formalaşır ki, Azərbaycanda öz iqtidarından yazmaqdan daha çox, İran əleyhinə yazmaq təhlükəli imiş...
- Əvvəla, cəhalət Şərq dünyasının ən böyük düşməni olub. Buna qarşı bizim dahilərimiz də -Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə və digərləri mübarizə aparıblar. Onların apardığı mübarizə nəticəsində biz Şərqin bataqlığından qopub ilk demokratik respublikanı qura bilmişik. Bu gün Azərbaycanın nə qədər problemləri olsa da, ölkəmiz Avropanın bir parçasıdır.
Azərbaycanda dinin də, dövlətin də öz yeri var. Mən indiki vaxtda Allahsız, dinsiz cəmiyyəti təsəvvür edə bilmirəm. Ancaq cəmiyyəti dini qayda-qanunla idarə etmək də heç bir nəticə vermir. Elə İranda da yeni problemlər yaradır. Din qılıncını dövlət öz qınında saxlamalıdır. Ona görə də heç vaxt din dövlətə qarşı çevrilməməlidir. Təəssüf ki, bir çox ölkələrdə hələ də cəhalət hökm sürür. Dünyanın gözü qarşısında insanlar asılır, daş-qalaq edilir və ya zorakılığa məruz qalır.
Mən də bir yazıçı olaraq, hər zaman cəhalətə qarşı mübarizə aparmışam. Ancaq mən yazılarımda islami dəyərlərə qarşı həqarət işlətməmişəm. Konkret olaraq özümə gəlincə, məni heç kim dinə qarşı çıxmaqda ittiham edə bilməz. Mənim İranın indiki rejiminə qarşı mübarizəm var. Mənim dərdim orada yaşayan 35 milyon azərbaycanlının dərdidir. Mən hər zaman İran siyasətini tənqid etmişəm və indi də öz fikirlərimdə qalıram.
- Əsasən sosial şəbəkə və forumlarda “Rafiq Tağıdan sonra növbəti kimdir” deyə sual edirlər. Sizcə bu siyahıda adınız olarsa...
- Vaxtilə ermənilərin də belə bir düşmən siyahısı var idi və mənim də adım həmin siyahıya salınmışdı. Bunlar bəzən cəmiyyətdə xof yaratmaq üçün ortaya atılan addımdır. Biz bu siyahılarla həyata gəlməmişik ki, bununla da dünyadan gedək. Qeyd edim ki, 2009-cu ildə mənə qarşı da hansısa fitvanın verilməsi cəhalətin işi idi.
Bunu da Nardaran sakinləri olan iki şəxsin əli ilə etdilər. Mən həmin vaxt
Nardarana getdim, kənd camaatı ilə söhbətləşdim. Sadəcə, bu işi nardaranlıların adına çıxmaq istəyirdilər. Nardaranlıların da terrorla məşğul olmaq ənənəsi yoxdur.
Ümumiyyətlə, islamı dərk edən insan bu üsula əl atmaz. Tanrının yaratdığı bəndənin ölümünə bir bəndə fitva verə bilməz. Əgər həmin adamlar Rafiq Tağını dinsiz hesab edirlərsə, özləri ondan on qat dinsizdir. Dinə qalsa, mən özümü istənilən ayətullahdan daha çox Allah adamı hesab edirəm. İranın apardığı siyasəti dinlə əlaqələndirmək olmaz.
- Rafiq Tağının qətli ilə bağlı Sizin hansı versiyanız var?
- Rafiq Tağını öldürənlərin kimliyi müəyyənləşməlidir. Onun ölümü Azərbaycan ədəbiyyatı üçün çox ağır itkidir. O, son dərəcə istedadlı, öz üslubu ilə fərqlənən yazıçı idi. Onun ölümünə mən çox təəssüflənirəm. Ancaq indidən bir söz demək olmaz.
Vaxtilə Daşnaksütyun Partiyası Qafqazda azərbaycanlılara, 60-cı illərdə Avropada türk diplomatlarına, 1905-1907-ci illərdə rus məmurlarına qarşı terror aktları törədirdi. Kim ermənilərə münasibətdə “haqsızdırlar” deyirdisə, onları aradan götürürdülər. Ancaq bütün bunlar haqqın qarşısını kəsə bilmədi və kəsə də bilməz. Bu gün də İran öz soydaşlarını və millətinin nümayəndələrini müdafiə edənlərin hamısını susdura bilməz.
- Sizcə, bu qətlin üstü açılacaqmı?
- Ola bilsin açılmasın. Təəssüf ki, bu cür qətllər çox gec açılır. Hər halda, bu işin arxasında İranın dayandığını demək üçün gərək əldə sübut olsun. Bütün deyilənlər hələ ki, mülahizələrdir. Bəzən zərbə gözlənilməz bir yerdən dəyir. Ancaq Rafiqin ölümü sıradan bir ölüm deyil. İstənilən halda, dünyanın hansı yerində olur-olsun, qətl hadisəsinə sevinmək, xüsusilə də din xadiminin qətlə görə milləti təbrik etməsi İslam dəyərlərinə hörmətsizlikdir.
- Sizcə, Rafiq Tağı islama qarşı deyildi?
- Rafiqi mən hələ onun ilk hekayələri çap edilməmişdən əvvəl tanımışam. Onun yazılarında ifratçılıq olub, amma bu, onun şəxsi fikridir. Bizim aramızda heç zaman ateist və ya dindar olmaqla bağlı söhbət olmayıb. Düzdür, onun bəzi ifadələri ilə razı deyildim. Özünə də demişdim ki, bu şəkildə demək olmaz. Ancaq Rafiq Tağıya Allahsız da demək olmaz. O, cahilliyə qarşı idi. Mənə elə gəlir ki, onun amalı İslam dünyasını layiq olduğu səviyyədə görmək idi.