Dekabrdan başlayaraq müəllimlər maaşlarını 10 faiz əvvəlki aylardan artıq alacaqlar. Prezident İlham Əliyev dekabrın 5-də müəllimlərin maaşlarının artırılması barədə sərəncam imzalayıb. Sərəncama görə əməkhaqqı artımı dekabrın 1-dən hesablanacaq.
Amma bu sərəncam ali təhsil müəssisələrində çalışanlara aid edilmir.
HƏMÇİNİN OXU:
Prezidentin imzaladığı sərəncamla dekabrın 1-dən minimum əmək haqqı 8 manat 50 qəpik artırılıb. Bununla da maaşda minimum hədd 85 manatdan 93,5 manata qalxıb.