Amnesty İnternationalın Azərbaycan haqda hesabatı tənqid olunur

İnsan haqları məsələsində beynəlxalq standartları Azərbaycana tətbiq etmək üzrə işçi qrup Amnesty İnternational təşkilatının Azərbaycanda insan haqlarının vəziyyəti haqda “Heç vaxt çiçək açmayan bahar: Azərbaycanda azadlıqlar əzilir” adlı hesabatını qərəzli adlandırıb.

Bu məlumatı verən News.az saytı yazır ki, işçi qrupun üzvü Belçikanın Konstitusiya məıhkəməsinin hakimi Jean-Paul Murman deyib ki, “Azərbaycan demokratiyanın inkişafında yaxşı nəticələr əldə edib. Son 20 ildə Azərbaycan düzgün yolla gedir, yaxşı idarəçilik nümayiş etdirir. Demokratiya qısa vaxtda qurula bilməz. “

AŞPA-nın Monitorinq Komitəsinin üzvü, Sloveniyadan olan Zmago Jelincic hesabatın obyektivliyinə şübhə edir. O deyib ki, “hesabatda Dağlıq Qarabağ probleminə bir kəlmə ilə də toxunulmur. Bu məsələyə gələndə Amnesty İnternational susur”.