Ermənistanda bu gün məcburi avtomobil sığortası mövcuddur. Ancaq tibbi sığorta vacib deyil. Buna baxmayaraq parlament səviyyəsində bu layihə müzakirə olunur. Tibbi sığorta üzrə ekspert Saro Saturyan qeyd edir ki, bu qanun fərdi şəxslərə yox, işverənlərə aid olacaq. İşverən mütləq olaraq öz işçilərini sığortalayacaq:
«İşverən məcburiyyət qarşısında öz işçilərinin sığorta haqqını ödəyəcək. Misal üçün, indiki kimi aylıq sosial təminat haqqı ödədiyi kimi işçilərin sayından və əmək haqqından asılı olaraq. Eyni mexanizm sosial sığortaya da tətbiq olunacaq, yəni əmək haqqından asılı olaraq maksimum və minimum haqq təyin olunacaq».
Saturyan əmindir ki, bu qanun 2012-ci ildə də belə qüvvəyə minməyəcək. Ancaq istisna etmir ki, 2012-ci ildə Ermənistanda tibbi sığorta məcburi qaydada olacaq. Ekspertin sözlərinə görə Ermənistan əhalisinin yalnız bir faizinin tibbi sığortası var:
«Ümumiyyətlə iri şirkətlərdə, beynəlxalq müəsissələrdə, səfirliklərdə çalışanlar və onların ailə üzvləri tibbi sığorta ilə təmin olunub. Aydın məsələdir. Öz təşəbbüsləri ilə tibbi sığortası olanları barmaqla saymaq olar».
İNSANLAR NİYƏ SIĞORTALANMAQ İSTƏMİR?
65 yaşlı Yerevan sakini Natella Xaçaturyanın tibbi sığortası yoxdur və heç zaman da olmayıb. Və o bu barədə də heç vaxt düşünməyib. O əmindir ki, hətta tibbi sığortası olan belə Ermənistan klinikalarında əlavə pul ödəmədən müayinə və yaxud müalicə olunmaqdan məhrumdur:
«Mən qətiyyən inanmıram. Mənim qardaşım ağır xəstədir və təmənnasız dərman almalı olduğu halda onu ala bilmir. Nəvəm və mən dövlət sifarişi ilə əməliyyat olunmuşuq. Ancaq buna baxmayaraq biz əlavə pul ödəməli olduq. Orta məktəbdə qan qrupunu təyin etməkdən ötrü nəvəmə tələb qoyulmuşdu, hətta buna görə də biz pul ödəməli olduq».
Ermənistanın dövlət sığorta şirkətinin mütəxəssisi Asya Saadyan əmindir ki, sığorta sistemi Ermənistanda real mövcuddur və əməkdaşlarını sığortalayan şirkətlərin sayı günbəgün artır. Ancaq ümumiyyətlə bu beynəlxalq və ya xaricdən maliyyələşən şirkətlərdir:
«Sığortalanmış şəxs növbələrdə gözləmir, sənədlərlə ora-bura qaçmır. Bizim şirkətdə sığortalanıblarsa, onlar bizimlə əməkdaşlıq edən istənilən klinikaya müraciət edə bilərlər. Heç bir əlavə ödəniş olmayacaq, hər şey pulsuzdur».
ERMƏNİSTANDA SIĞORTA QİYMƏTLƏRİ
Amma Ermənistanın xəstəxanalarında lazımi tibbi xidməti problemsiz və qayğısız əldə etmək üçün ildə 550 dollar ödəniş etmək lazımdır.
Daha məhdud xidmətlər təklif edən minimal sığorta paketi isə təxminən 300 dollaradır.
Söhbət əlbəttə ki, fərdi sığortalanmaqdan gedir, korporativ paketin qiyməti isə daha aşağıdır.
Natella Xaçatryan deyir ki, əgər sığorta şirkəti öz üzərinə bütün xərcləri götürürsə və müalicə imkanlarını verirsə, bu halda da 300 dollarlıq minimal sığorta paketinə ödəmək lazımdır:
«Mənim təqaüdüm ayda 70 dollara yaxındır, 35 illik iş təcrübəsindən sonra özü də. Qızımın da normal işi yoxdur və məcburdur ki, səhər 8-dən axşam 11-ə qədər mağazada işləsin ki, birtəhər dolanaq. Biz sığortaya necə pul verə bilərik ki? Məncə, Ermənistanda çox adam mənim vəziyyətimdədir».
35 yaşlı irina Apresyan da hesab edir ki, indiki halda Ermənistanda çox az adam tibbi sığorta almağa hazır ola bilər:
«Mənə elə gəlir ki, bugünkü gündə bizim ölkədə 20 faiz əhali özünə rəva bilər ki, sığortalansın. Mən ayda 130 dollar alıram və sığorta xidmətindən heç cürə istifadə edə bilmərəm».
Digər respondentlərdən fərqli olaraq aktyor Narek Duryan tibbi sığorta olmadan yaşamağı təsəvvür edə bilmir. O, Fransa vətəndaşıdır. Aktyor deyir ki, Ermənistanda məcburi tibbi sığorta barədə qanunun qəbul olunması vacib məsələdir:
«Bu çox vacibdir. Maşınların sığortasından daha əhəmiyyətlidir. Məhz bununla ölkənin inkişafını ölçmək olar. Məndə Fransanın sığortası var. Sığortanın olmaması böyük problemdir. Mən tez-tez düşünürəm ki, insanlar sığortasız necə hərəkət edirlər burda, hər şey üçün necə ödəyirlər? Təsəvvür edə bilmirəm».
Narek Duryanın bu sualına 46 yaşlı Yerevan sakini Siranuş Akopyan deyir ki, həkimə ancaq iş-işdən keçəndən sonra müraciət edirlər:
«Bax indi mən həkimə getməliyəm, amma getmirəm, amma sığortam olsaydı, əlbəttə ki müraciət edərdim. Amma indi kənara pul ata bilmirəm ki, həkimə baş çəkim».