Rusiya Qəbələdə yeni radiolokasiya stansiyası yerləşdirəcək. Modul tipli «Voronej-VP» stansiyanın tikintisi 2019-cu ildə başa çatmalıdır. «Akademik Mints adına Radiotexnika İnstitutu»nun baş direktoru Vladimir Savçenkonun «RİA Novosti» agentliyinə bu barədə verdiyi açıqlamaya görə, yüksək potensiala malik bu stansiya Rusiyanın mülkiyyəti olacaq. Onu istənilən vaxt sökərək aparıb başqa yerdə quraşdırmaq mümkün olacaq. Baş direktorun sözlərinə görə, «Voronej-VP» Qəbələdəki «Daryal» tipli RLS-i əvəz edəcək.
Amma əlbəttə ki, hazırda bu barədə Azərbaycanla aparılan danışıqlar uğurla başa çatsa.
RUSİYA AZƏRBAYCANDA HƏRBİ BAZA YERLƏŞDİRMƏKDƏ MARAQLIDIR
Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü, deputat Zahid Oruc deyir ki, indiyə qədər söhbət Qəbələ RLS-in icarə müddətinin uzadılmasından gedirdi. Danışıqların indiki predmeti isə tamamilə yeni müstəvi yaradır. Və bu açıq şəkildə ona işarə ola bilər ki, Rusiya Azərbaycanın bir ərazisində hərbi bazasını yerləşdirməkdə maraqlıdır. Əlbəttə ki, gələcəkdə iki ölkə arasında hər hansı bir siyasi anlaşmanın detalı kimi bunu mümkün də saymaq olar. Yəni Qarabağ məsələsi, gələcək danışıqlar, Cənubi Qafqazdakı geosiyasi durum kontekstində Qəbələ RLS üzərində müxtəlif siyasi danışıqlar edilə bilər:
«Lakin əgər Rusiya Qafqazda öz pəncəsini Ermənistandakı bazadan, Gürcüstanın ələ keçirilmiş ərazilərindən, Qarabağda da müəyyən hərbi formada iştirakdan sonra bir az da irəli gedərək Azərbaycanın başqa ərazilərində də möhkəmlənmək istəyirsə, bu bizim hərbi siyasi maraqlarımıza zərbə olacaq. Ona görə ki, bu hərbi qüvvələr bir sıra hallarda ölkənin müstəqilliyinə mənfi təsir göstərir, iqtisadi-siyasi proseslərdə sanki Rusiyanın dominant rolunu təmin edir. Halbuki, Azərbaycan indiyə qədər neytrallığını bəyan edərək, eləcə də balans siyasətinə üstünlük verdiyini deyərək öz təhlükəsizliyini də qoruyub, müstəqillik meydanını da genişləndirib».
Zahid Oruc deyir ki, əgər Qəbələdə qurulacaq yeni stansiyanın informativ və təhlükəsizlik funksiyası üçün regionda təzə şərait yaranarsa, o, parlamentdə geniş müzakirə olunacaq. Zahid Oruc Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü kimi bütün variantlarda Rusiyanın bölgədə hərbi cəhətdən möhkəmlənməsinə qarşı olduğunu deyir.
QƏBƏLƏNİ 20 İL RUSİYANIN İSTİFADƏSİNƏ VERMƏK
Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin üzvü, deputat Rasim Musabəyov isə deyir ki, əslində icarə müddətinin uzadılması ilə bağlı tərəflər arasında danışıqlar başlayanda söhbətin yeni stansiyanın tikilməsindən gedəcəyi aydın idi. Çünki, indi istifadə olunan «Daryal» tipli RLS-lər 70-ci illərin əvvəllərində olan texnologiyalar əsasında qurulub və çox köhnədir. Onun sözlərinə görə, 1985-ci ildən sonra SSRİ-də bu tipli stansiyalar tikilməyib. Artıq o stansiyanın istismar müddəti 2012-ci ildə bitir. Həmin funksiyanı yerinə yetirən yeni stansiyalar isə modul tiplidir və onlar üçün bina tikilməsinə ehtiyac yoxdur:
«Ancaq Azərbaycan hələ ki, indiki stansiyanın icarəsi barədə müqavilənin də uzadılmasına razılıq verməyib. O ki, qaldı Rusiyanın gəlib burada yeni stansiya qurmasına, hamı anlayır ki, bu, 2019-cu ildə gerçəkləşəcəksə, 10-15 il də istifadə müddəti olacaqsa, bu Qəbələni bir iyirmi il Rusiyanın istifadəsinə vermək deməkdir».
Rasim Musabəyov düşünmür ki, Rusiya bu niyyətini gerçəkləşdirmək üçün Azərbaycanı razı salan təkliflər edə biləcək. O hesab edir ki, Rusiya bu stansiyanı Dağıstanda da qura bilər. Buna qədərsə Azərbaycan Qəbələ RLS-in icarə müddətini bir, iki il uzada bilər.
«Akademik Mints adına Radiotexnika İnstitutu»nun baş direktoru Vladimir Savçenko deyir ki, Qəbələdə modul tipli stansiyanın quraşdırılması Azərbaycanın iradəsindən asılıdır və yekun razılaşma siyasi səviyyədə dəstəklənməlidir.
RLS KİMƏ QARŞI İSTİFADƏ OLUNA BİLƏR?
«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə hesab edir ki, Rusiyanın Qəbələ RLS-də yeni modul stansiyası quraşdırması təklifinə tez razılaşmaq olmaz. Yəni Kremlə «hə» deməzdən əvvəl «bu modulun məqsədi nədir?», «kimə qarşı istifadə oluna bilər» kimi suallara cavab tapılmalıdır.
«Çünki, Qəbələdəki mövcud RLS-dən fərqli olaraq yeni modul Rusiyanın mülkiyyəti olacaq, Azərbaycana heç bir aidiyyatı olmayacaq. Nəzərə almaq lazımdır ki, bu radiolokasiya stansiyasından Azərbaycanın müttəfiqlərinə-xüsusilə strateji müttəfiqimiz olan Türkiyə əleyhinə də istifadə edilə bilər. Əvvəlki anlaşmada belə bir müddəa var ki, Rusiya oradan əldə etdiyi məlumatı üçüncü bir ölkəyə ötürmək üçün Azərbaycanla razılaşdırmalıdır. Amma bu, boş söhbətdir. Necə sübut etmək olar ki, Rusiya bunu etməyəcək. Rusiyanın bir strateji müttəfiqinin Ermənistan olduğunu da unutmaq lazım deyil».
Elxan Şahinoğluna görə, Qəbələ RLS Azərbaycana siyasi və ekoloji ziyandan başqa heç bir mənfəət gətirmir. Ona görə nəinki yeni modulun gətirilməsinə, mövcud anlaşmanın yenilənməsinə də ehtiyac yoxdur.
Qəbələ RLS-in Rusiya tərəfindən on illik icarə müddəti 2012-ci ilin dekabrında başa çatır. İndiyədək Moskva Bakı ilə icarə müddətinin uzadılması barədə danışıqlar aparırdı. Bu ilin yayında Rusiyanın müdafiə naziri də bu danışıqlarla əlaqədar Azərbaycanda səfərdə olub.