Rusiyanın Mərkəzi Seçki Komissiyası müxalifət liderlərindən olan tanınmış yazıçı Eduard Limonova “yox” dedi.
Onun prezidentliyə namizədliyinin irəli sürülməsini dəstəkləmək üçün yaradılmış seçici qrupu qeydiyyata alınmadı.
MSK seçici qrupunun sənədlərinin düzgün olmadığını əsas gətirib.
Limonovun nümayəndəsi Aleksandr Averin isə deyib ki, bütün lazımi sənədlər komissiyaya təqdim edilmişdi, sadəcə, bu, siyasi sifarişdir, MSK qərarı Prezident Aparatı ilə razılaşdırıb: “Prezident Aparatına isə Limonovu seçkiyə buraxmaq sərf eləmir”.
Limonovun MSK-nın qərarından Ali Məhkəməyə şikayət etmək haqqı var.
Rusiyada prezident seçkiləri gələn ilin martında keçiriləcək.
68 yaşlı Limonov sovet dövrünün dissident yazıçısı olub.
1991-ci ildə mühacirət həyatı yaşadığı Fransadan Rusiyaya qayıdaraq aktiv siyasətlə məşğul olmağa başlayıb.
Hazırda radikal Millətçi Bolşevik Partiyasının sədridir.
İmperialist təfəkkürlü yazıçının qalmaqalçı imici var, o, 90-cı illərdəki Balkan müharibəsi zamanı serbləri, Qafqazda isə gürcülərlə konfliktdə olan abxaz və osetinləri dəstəkləyib.
Yazıçı 2000-ci ildə gəlmələri qarşı nifrəti pisləyərək müəyyən liberal fikirlər səsləndirməyə başlayıb.
2001-ci ildə hakimiyyət zorla devirmə və terrorçuluğa çağırış ittihamı ilə həbs edilsə də, 2 il sonra əfv olunub.
Hazırda liberal müxalifətlə birgə aksiyalar keçirir.