Moskvada müxalifətin çoxminlik mitinqi keçirilib (VIDEO)

Sizin brauzer HTML5-i dəstəkləmir

Dekabrın 24-də Rusiya paytaxtında müxalifətin çoxminloik etiraz aksiyası keçirilib. Dekabrın əvvəlində keçlirilən parlament seçkisinin saxtalaşdırlıdığını düyən müxalifət fəalları Baş nazir Valdimir Putinin istefasını tələb ediblər.

Moskvanın Saxarov prospektində “Ədalətli seçki” tələbilə keçirilən mitinq sona yetib.

Müxalifətdə olan siyasətçi Vladimir Rıjkov sonda mitinqin qətnaməsini oxuyub:

1. Bütün siyasi məhbusların təcili azad edilsin.
2. Seçkinin nəticələrinin ləğv olunsun.
3. MSK sədri Çurovun istefa versin, pozuntular araşdırlsın və günahkarlar cəzalandırılsın.
4. Müxalifət partiyaları qeydiyyata alınsın, 2012-ci ilin fevralından gec olmayaraq siyasi partiyalar haqqında yeni qanun qəbul edilsin.
5. Yeni azad və ədalətli Duma seçkisi keçirlsin.
6. Seçicilərin Moskva Birliyi yaradılsın.
7. Vətəndaşlara çağırış: 2012-ci il martın 4-də keçiriləcək prezident seçkisində Vladimir Putinə bir dənə də səs verməyin.


Bu tələblərdən 5-i, bundan əvvəl Bolotnaya meydanında qəbul edilmiş və yerinə yetirilməyən tələblərdir.

Müxalifət liderləri bildiriblər ki, əgər tələbləri yerinə yetirilməsə yenidən toplaşacaqlar.
Mitinqin sonunda “Putinsiz Rusiya” şüarları səsləndirilib.


***

Moskvanın Saxarov prospektində “Ədalətli seçki” tələbilə mitinq davam edir.

Keçmiş maliyyə naziri Aleksey Kudrin də camaatın arasındadır.

Mitinqdə müxalifət liderləri Vladimir Rıjkov, Boris Nemtsov , Harri Kasparov, yazıçı Boris Akunin, yazıçı və publisist Dimitri Bıkov, və digərləri çıxış ediblər.

Boris Nemtsov çıxış edərkən deyib:

“Oğru Kremldə oturmamalıdır.
Putinin qərərgah rəisi Qavoruxin bununla yüz faiz razıdır.
Putinsiz yeni iliniz mübarək, Putinsiz yeni iliniz mübarək, Rusiya azad olacaq, Rusiya azad olacaq”.

Müxalifətdə olan siyasi xadim İlya Yaşin isə deyib ki, biz qan, inqilab, vətəndaş müharibəsi istəmirik. Bizim istədiyimiz yalnız ədalətli seçkidir.

Həmçinin Sibir, Vladimostok və Uzaq Şərq də daxil olmaqla Rusiyanın bir çox regionlarında Ədalətli seçki tələbilə mitinqlər keçirilib.

Müxalifət dekabrın 4-də keçirilmiş Duma seçkisinin saxtalaşdırıldığını deyir.

***
AzadlıqRadiosunun müxbiri kütlənin getdikcə artdığını xəbər verir.

Mitinqdə indiyədək müxalifət liderləri Vladimir Rıjkov, Boris Nemtsov , yazıçı Boris
Akunin, musiqi tənqidçisi Artemiy Troitski, yazıçı və publisist Dimitri Bıkov, və digərləri iştirak ediblər.

***
Moskvanın Saxarov prospektində “Ədalətli seçki” tələbilə keçirilən mitinqə artıq 30 minədək adam yığışıb və kütlə artmaqda davam edir.

Bu barədə AzadlıqRadiosunun müxbi xəbər verir.

Məlumatlara görə keçmiş maliyyə naziri Aleksey Kudrində camaatın arasındadır.




***

Moskvada, Akademik Saxarov prospektində «Ədalətli seçkilər uğrunda» şüarı ilə aksiya keçirilir. Aksiya Moskva meriyası ilə razılaşdırılıb.

Dekabrın 4-də Rusiya Dövlət Dumasına seçkilər olub.

Seçkilərdə hakim Vahid Rusiya Partiyası qələbə qazanıb.

Seçkilərdə saxtakarlıqların baş verdiyini deyən müxalifət partiyaları dekabrın 10-da da Moskvada on minlərlə insanın iştirakı ilə aksiya keçirmişdilər.

Rusiya müxalifətinin mitinqindən görüntülər