Türkiyəni Eurovision-da Can Bonomo təmsil edəcək (VİDEO)



Mayda Bakıda keçiriləcək Eurovision mahnı yarışında Türkiyəni Can Bonomo təmsil edəcək. Bu barədə Türkiyənin TRT telekanalı yanvarın 9-da məlumat verib.

Bundan əvvəl yarışmaya Türkiyədən Kıraç, Atiye, Sıla və ya Hande Yenerin gələcəyi haqqında məlumatlar dolaşırdı. Amma Türkiyə mediası yazır ki, TRT çoxlarının ağlına gəlməyən namizədi seçib.

İzmirli Can Bonomo 8 yaşından gitara çalmaqla musiqiyə başlayıb. İstanbulda da musiqi sahəsində çalışmalarını davam etdirib. Bilgi Universitetində Kino-televiziya bölümünü bitirib. Müxtəlif radiolarda işləyib.
Orta və ali təhsil illərində İzmirdə və İstanbulda həvəskar musiqiçi qrupları ilə konsertlər verib. 2011-ci ilin yanvarında “Meczup” adlı albomunu buraxıb.

Türkiyə mediası onun Bakıda keçiriləcək Eurovision yarışına xüsusi mahnı bəstəsi ilə gələcəyini yazır.

“Meczup”-dan bir musiqi:
http://www.youtube.com/embed/7LJdx0e_hpo?rel=0