Tanınmış yazıçı və ictimai-xadim, Oskar mükafatlı Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina edib.
O, bu barədə yanvarın 25-də verdiyi bəyanatda bildirib. Bəyanatda deyilir ki, bu il yanvarın 23-də verilən qərar Fransanı, onun böyük demokrat ənələrini sevənlərin hər birini heyrətləndirdi və kədərləndirdi.
Bəyanatda Fransa Parlamentinin «erməni soyqırımının inkarının cinayət sayılması» ilə bağlı qəbul etdiyi qanunun «100 minlərlə fransızın həyatını qurban verdiyi demokratik dəyərlər, Azadlıq, Bərabərlik, Qardaşlıq kimi anlayışlara» zidd olduğu deyilir.
Rüstəm İbrahimbəyov hesab edir ki, belə bir qanun fransızların özünüifadə azadlığını pozur.
Bəyanat müəllifi qeyd edir ki, belə bir qanunun ortaya çıxmasına çalışanlar beynəlxalq münasibətlərdə təhlükəli presidentin əsasını qoymuş olurlar: «Bu yeni qanunun Türkiyə əleyhinə olduğu görünür.
Ancaq onun girovları bütün türk dünyasıdır və mən də bir Azərbaycan vətəndaşı kimi elan edirəm ki, bu mürəkkəb vəziyyətdə «Azərbaycan-Fransa» mədəni əlaqələr cəmiyyətinin prezidenti kimi aldığım Fransanın ədəbiyyat və mədəniyyət ordenindən imtina etməyə bilmirəm».

Yazıçı bəyanatında yazır, o inanmaq istəyir ki, Fransanın Konstitusiya Məhkəməsi parlamentin bu qədər etiraz və diskussiyalara səbəb olmuş qərara yanaşmasında sağlam düşüncəyə üstünlük verəcək və insan hüquq və azadlıqlarını kobud şəkildə pozan qanunun qüvvəyə minməsinə şərait yaratmayacaq.
Rüstəm İbrahimbəyov - Azərbaycan xalq yazıçısıdır, Azərbaycan Kinematoqrafçılar İttifaqının rəhbəri, Oskar mükafatı laureatıdır.
Rüstəm İbrahimbəyov - Azərbaycan xalq yazıçısıdır, Azərbaycan Kinematoqrafçılar İttifaqının rəhbəri, Oskar mükafatı laureatıdır.