Hökumət xidməti heyvanlarına ilə 730 000 manat xərcləyib

Kolumbiyada Dünya Heyvan Günü üçün bəzənmiş it, 3 oktyabr 2010



Satınalmalar üzrə Dövlət Komitəsinin keçən il keçirilmiş tenderlər haqqında məlumatı ilə tanışlığı davam etdiririk. Bu sənəddə müxtəlif dövlət orqanlarının saxladıqları heyvanlara görə 2011-ci ildə çəkdikləri xərclər də əksini tapır.

Beləliklə, ayrı-ayrı dövlət orqanlarının keçən il saxladıqları xidməti heyvanlarına keçirdikləri tenderlər haqqında rəsmi məlumat.


Xidməti itlər üçün yem və tibbi ləvazimatlar

  • Dövlət Sərhəd Xidməti: 62 min 200
  • Dövlət Gömrük Komitəsi: 20 min 86 manat,
  • Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Mühafizə Alayı: 9 min 148 manat,
  • Fövqəladə Hallar Nazirliyinin Maddi texniki təchizat idarəsi: 92 min 295 manatlıq yem və tibb ləvazimatları alıb.

Atlar üçün yem və tibbi ləvazimatlar

  • Mədəniyyət və Turizm Nazirliyinin Respublika Atçılıq Turizm Mərkəzindəki heyvanlar üçün: 69 min 580 manatlıq,
  • Qala Dövlət Tarix Etnoqrafiya qoruğundakı heyvanlar üçün: 10 min 610 manat.
  • Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş idarəsi: 305 900 manat,
  • Gənclər və İdman Nazirliy Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatlarının Uşaq-Gənclər İdman Məktəbi: 155 min 953 manat.

Bundan başqa,

  • "Aqrolizinq" ASC keçən il cins damazlıq qaramal üçün yem almağa 96 min 750 manat xərcləyib.
  • Ekologiya və Təbii Sərvətlər Nazirliyi Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin Çaykənd Qızılbalıqartırma zavodu isə balıqlara 7 min 920 manatlıq yem alıb.

Siyahıda göstərilən məbləğlərdə yem və tibbi ləvazimatların neçə baş heyvan üçün nəzərdə tutulduğu göstərilmir.