Fevralın 1-dən Türkiyədə miqrasiya qanunvericiliyinə edilən dəyişikliklər qüvvəyə mindi. Dəyişikliklərə görə, iş vizası ilə Türkiyəyə gedənlər orada 3 aydan artıq qala bilməyəcəklər. Viza müddəti tükəndikdən sonra isə ən azı 3 aydan sonra yeni viza almaq mümkün olacaq. Yeni qaydalara görə viza müddətini aşanlar böyük məbləğdə cərimələnəcəklər.
Artıq fevralın 1-dən Türkiyə sərhəd xidmətlərində bununla bağlı xəbərdarlıqlar da asılıb.
Türkiyədə yaşayan azərbaycanlı miqrantlar isə qanunvericiliyə edilən dəyişikliklərdən narahatdırlar. İş üçün Türkiyəyə gedən azərbaycanlılara bir ay müddətinə iş vizaları verilirdi. Bir ayın tamamında onlar sərhədi keçərək, yeni viza ilə ölkəyə qayıda bilirdilər.
Uzun müddətli viza ilə Türkiyədə çalışan iş adamı Nərəddin Zülfiqarlı yeni qaydaların ona şəxsən problem yaratmayacağını düşünür. O bununla belə hesab edir ki, bu ümumilikdə Azərbaycandan gələn çox saylı miqrantlara mənfi təsir edəcək:
«ÇOX PİS HALDI...»
«Mən iş adamı olduğum üçün daimi vizam var. Amma normal gelib-gedən vətəndaşlara çox pis təsiri olacaq. Çox pis haldı... Niyə belə ediblər? Bəzi azərbaycanlılar gəlib burada iş görürdülər, qeyri-qanuni olsa da gəlib burada çalışırdılar. Onlar müvəqqəti viza ilə ayda bir dəfə ölkəyə giriş-çıxış edib çalışırdılar.
Düzdü,r elə adamları, biz işə götürə bilmirdik. Çünki biz çalışma izni olmadan işə götürə bilmərik. Çalışma izni olanlara isə avtomatik oturma izni də verilir. Bu yeni qaydalar daimi oturma və çalışma izni olan adamlara şamil olunmayacaq».

Türkiyənin Naxçıvan konsulluğunun əməkdaşı Dursun Demir də deyir ki, yeni qaydalar Türkiyəyə müvəqqəti - bir aylıq vizalarla gedənlərə şamil olunur. Oturma və çalışma izni olanlara isə yeni qaydaların heç bir təsiri olmayacaq:
«180 gün ərzində 90 gün qalmaq haqqı var»
«Azərbaycan vətəndaşı normalda Türkiyədə bir ay müddətinə qala bilirdi. Amma indi 180 gün ərzində 90 gün qalmaq haqqı var. Yəni, 3 dəfə hər ay viza ala bilər. Amma 90 günün tamamında artıq viza ala bilməyəcək.
3 aydan sonra yeni viza ala biləcək. Əlbəttə, əgər oturma və çalışma izni olanlara bu qaydalar şamil olunmayacaq. Türkiyədə verilən izin müddəti ilə heç bir problemsiz qalmaq mümkündür».
3 aydan sonra yeni viza ala biləcək. Əlbəttə, əgər oturma və çalışma izni olanlara bu qaydalar şamil olunmayacaq. Türkiyədə verilən izin müddəti ilə heç bir problemsiz qalmaq mümkündür».
Türkiyənin ardınca isə bu günlərdə Rusiyanın baş naziri Vladimir Putin miqrasiya qanunvericiliyinin dəyişdirilməsini təklif edib. O, deyib ki, ölkənin əmək və miqrasiya qanunvericiliyini pozanların 10 il müddətinə ölkəyə girişi qadağan olunmalıdır. Putinin təkliflərinə görə, miqrantlar rus dilini bilməklə yanaşı, rus ədəbiyyatı və tarixini də minimum səviyyədə bilməli, bunu imtahan qaydasında sübuta yetirməlidirlər.
11 ildir Moskvada yaşayan Elşən Həsənov taksi sürücüsü kimi çalışır. O, Baş Nazirin təklifinin təsdiq olunacağına inanmır:
«BU ÇOX QEYRİ-REAL, GÜLMƏLİ BİR TƏKLİFDİR»
«Burada tanıdığım çoxdur. Maşallah, azərbaycanlıların az qala hamısı buradadır. Amma belə lap yaxından tandıqlarımın heç 10 faizi bu imtahanlardan keçə bilməz. Keçə bilən 10 faiz isə maksimum 3-4 qiymət ala bilərlər. Belə götürəndə onlar heç Azərbaycan tarixini yaxşı bilmirlər, o da qala Rusiyanın tarixinə. Yəni, bu çox qeyri-real, gülməli bir təklifdir».
Rusiyada Azərbaycanlılar Konqresinin Moskva regional şöbəsinin rəhbəri İlqar Hacıyev isə Baş nazirin təklifinin azərbaycanlılar üçün ciddi təsiri olacağına inanmır:
«Bunun azərbaycanlılar heç bir adiyyatı yoxdur. Yeni qanun, yeni miqrasiya siyasəti Azərbaycan miqrantlarına təsir etməyəcək. Tarix, ədəbiyyata elədə ehtiyac olmasa da, məncə fikrini ifadə etmək, anlamaq baxımından gəlmiş olduğumuz ölkənin dilini bilməyin mən də tərəfdarıyam».
Miqrantlara Hüquqi Yardım Mərkəzinin rəhbəri Əlövsət Əliyev isə deyir ki, son zamanlar daha çox miqrant qəbul edən ölkələr miqrasiya siyasətini dəyişirlər. Əlövsət Əliyev bunu başa düşülən və məntiqli hesab edir:
«TƏKCƏ MOSKVADA 2,5 MİLYON AZƏRBAYCANLI MİQRANT VAR»
«Çünki miqrasiya siyasətini dəyişmədən heç bir dövlət əmək bazarına normal nəzarət edə bilmir. Əmək bazarına nəzarət edə bilməyəndə isə vergidən miqrantların yayınmasına, o cümlədən bazarın miqrantlar tərəfindən zəbt olunmasına səbəb olur.
Baxmayaraq ki, həm Türkiyədə, həm də Rusiyada əmək miqrantları üçün işəgötürənlər tərəfindən fərdi icazələrin alınması tələb olunur. Bunun da heç bir nəticəsi olmur. Məsələn təkcə Moskva şəhərində 2,5 milyon azərbaycanlı miqrant var. Amma rəsmi qeydiyyatda olanların sayı cəmi 300 minə yaxındır. Türkiyədə də eyni problemdir».

Milli Məclisin üzvü Fazil Mustafa isə Türkiyə ilə müqayisədə Rusiyada miqrasiya siyasətinin sərtləşdirilməsini anlaşılan hesab etmir. Onun fikrincə Türkiyədə sahibkarlıq inkişaf edib, iş yerlərinin sayı artıb. Bunun da nəticəsində xaricə üz tutanların sayı azalıb. Buna görə də Türkiyə öz vətəndaşlarının işlə təmin olunmasına çalışır:
«Türkiyənin bu gün artan gənc əhalisinin sayı Rusiya ilə nisbətdə on dəfələrlə çoxdur. Artıq Türkiyə məcburdur ki, daxildə məşğulluq siyasətini tənzimləsin və əmək bazarında gənc əhalinin işlə təmin olunmasına imkanlar yaratsın.
Ona görə də Türkiyədə artan yerli əhali ilə miqrantlar arasında rəqabət yaranıb. Türkiyə hökuməti bu istiqamətdə düşünür ki, daha çox Türk əhalisinin işlə təmin olunması üçün addımlar atılsın və miqrasiyanın qarşısını alsın».

Fazil Mustafa hesab edir ki, Putin populist bir təklif irəli sürüb və onun reallaşması qeyri-mümkündür.