Fevralın 2-də Bakıda son 110 ildə ən aşağı temperatur qeydə alınıb.
Bu barədə «APA»ya Milli Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib.
Fevralın 1-i axşamdan başlayan şimal-qərb küləyi fevralın 2-də gün ərzində davam edib. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında arabir saniyədə 28-33 metrə çatıb. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında – 5.5 dərəcə şaxta təşkil edib. Bu, son 110 ildə ən rekord göstəricidir.
Havanın minimal temperaturu Aran rayonlarında 0-3, Naxçıvan Muxtar Respublikasında 6-11, dağlıq rayonlarda isə 9-12 dərəcə şaxta təşkil edib.
Ən maksimal qar örtüyü Şəki rayonunun Sarıbaş ərazisində (68 sm) qeydə alınıb.