Urmiyəli şairənin kitabı Bakıda çap edildi

"Qanun" nəşriyyatı İran Azərbaycanından olan gənc şairə Türkan Urmulunun şeir kitabını latın qrafikasıyla çap edib.

Türkan Urmulu yeniyetmə yaşlarından ədə­biy­yatla maraqlanır, şeir yazır.

“Gördüm” adlı ilk şeir top­lusu 2005-ci ildə işıq üzü görüb. Ya­zıları müxtəlif dərgilərdə çap olunur, internet səhifələrində yayılır.

Əsasən yeni – modern üslubda yazır. Şeirlərinin dili­ni “Ortaq Anadolu və Azər­baycan türkcəsi” adlan­dırmaq olar.

Belə ortaq poe­tik dil şeirlərinə ağırlıq gətirmir, əksinə, on­ları bədii cəhətdən daha təsirli və oxunaqlı edir.

“Özgə Toz” gənc şairin Quzey Azər­bay­­canda nəşr olunan ilk kitabıdır.



Türkan Urmulu


Azərbaycan Ulduzu


Sən ki qanad açmayıbsan

Göy üzündə uçmayıbsan

Quşlara yolsuzdur demə!

Günəşə qolsuzdur demə!



Sən ki aşıq olmayıbsan

Heç saz ələ almayıbsan

Aşıqlara məcnun demə!

Hər Səmədə vurğun demə!



Sən ki bağban olmayıbsan

Gözü göydə qalmayıbsan

Buludlara ləkə demə!

Yağmayaydı keşkə demə!



Sən ki şoxum əkməyibsən

Alın təri tökməyibsən

Rəşbərə müftəxor demə!

Yerdə səmər yoxdur demə!



Sən ki yad qulluğundasan

Özgələr quyruğundasan

Öz dilində yazma! Demə!

Bizim dəbi pozma! Demə!



Mən “Türkan”am, Türk qızıyam

Azərbaycan ulduzuyam

Anlamışam varlığımı

Öz dilini qanma demə!