-
ATƏT-İN ADINDAN SAXTA REPORTAJ
Türkmənistanın dövlət televiziyası bu həftə ATƏT-in seçki müşahidəçilərinin Türkmənistana səfəri ilə bağlı reportaj verib. Həmin reportajda deyilir ki, ATƏT təmsilçiləri Türkmənistandakı prezident seçkiləri üçün təşviqat kampaniyasının azad və ədalətli keçməsi üçün bütün şəraiti yaradıblar.
Reportaj haqqında xəbər tutan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun sözçüsü Jens-Hagen Eschenbacher xəbəri “saxta ağ yalan” adlandırıb.
MÜŞAHİDƏÇİSİZ SEÇKİ
Əslində isə ATƏT Türkmənistandakı seçkiləri müşahidə eləmək üçün bir nəfər də olsun göndərməyib. Dekabr ayında Türkmənistana gələn ATƏT missiyası qərarını belə izah etmişdi ki, ölkədə azadlıqların məhdudlaşdırılması və siyasi rəqabətin olmadığı şəraitdə keçirilən seçkiləri müşahidə etmək demokratiyanın inkişafına heç bir töhfə verə bilməz.
Türkmənistan Mərkəzi Seçki Komissiyasının sədr müavini Allaberdy Ussayev bildirib ki, fevralın 12-də 2.9 milyon seçicinin iştirak elədiyi səsvermə prosesini MDB ölkələrindən olan 62 beynəlxalq müşahidəçi izləyəcək.
Kimin müşahidə etməsindən asılı olmayaraq Türkmənistandakı seçkilərin qalibinin indiki prezident Gurbankulu Berdymukhamedov olacağına kimsə şübhə etmir. Əsas sual odur ki, Berdymukhamedov 2007-ci ilin seçkisindəki 89 faizdən çox səs toplayacaq, ya az?
İSLAHATÇI BERDYMUKHAMEDDOV...
Keçmiş prezident Saparmurat Niyazovun – Türkmənbaşının 2006-cı ildəki qəfil ölümündən sonra hakimiyyətə gələn Berdymukhamedov əvvəlcə özünü islahatçı kimi aparırdı. Türkmənbaşının dövründə yayılan şəxsiyyətə pərəstiş nümunələrini ləğv etmək, onun nəhəng qızıl heykəlini və plakatlarını yığışdırmaq, anasının adını verdiyi təqvim aylarının adlarını dəyişdirmək və bəzi qadağaları götürməklə.
Ancaq çox keçmədi ki, Facebook və Youtube-un bağlı, internetə ancaq məhdud çıxışın olduğu bu ölkənin sakinləri yeni prezidentlərinə pərəstişin də şahidi oldular.
"PREZİDENTİN AYAQLARI DƏYƏN YERLƏR ÇİÇƏKLƏNİR"
Öncə 2007-ci ildən bu yana olan dövr İntibah erası adlandırıldı. Sonra prezidentə Arkadag – Hami statusu verildi. Ötən ay Türkmənistan Ağsaqqallar Şurası onu Milli Qəhrəman elan elədi. İndi onun şəkilləri binalardan, meydanlardan tutmuş, otellərə qədər hər yeri bəzəyir.
Prezidentin atlara sevgisi dillər əzbəri olub, onun atlar haqda yazdığı kitab bestsellerə, stolüstü kitaba çevrilib.
Ötən il 54-cü ad günündə Berdymukhamedov dövlət televiziyasında özünün bəstələdiyi mahnı da oxudu. Onun gitarası və akkordeonunu isə “milli sərvət və nadir xəzinə” elan edib muzeyə qoydular.
Berdymukhamedovun adını muzeyə və gəmiyə verdilər, bu həftə isə xüsusi polis dəstəsini də onun atasının adına adlandırdılar.
Taşauz əyalətindəki ağsaqqallardan biri hətta görüşdə deyib ki, “sənin ayağın o qədər bərəkətlidir ki, dəydiyi yerlərdə torpaq çiçəklənir, yeni kəndlər, muzeylər, fabriklər və uşaq bağçaları çıxır”.
BAŞQA NAMİZƏDLƏRİ TANIYAN YOXDUR
Elə Türkmənistanda keçirilən seçki kampaniyası da indi eyni şəkildə davam edir.
Məsələn, paytaxtın cəmi 25 kilometrliyindəki Abadan şəhərində Reutersin müxbiri sorğu keçirəndə məlum olub ki, seçicilər Berdymukhamedovdan savayı o biri namizədləri heç üzdən tanımırlar da.
Qalan 7 namizədin çoxu dövlət rəsmisidir. Ancaq prezidentdən fərqli olaraq onlar nə fabriklər tikməyi, nə ölkəni yenidən qurmağı, sənayeləşmə və başqa vədlər vermirlər. Onlar sadəcə ölkədəki intibah dövrünə, prezidentin xidmətlərinə diqqət çəkirlər. Heç kiçik zallarda keçirdikləri görüşlərdə seçiciləri özlərinə səs verməyə də çağırmırlar.
ƏN FƏAL NAMİZƏD PREZİDENT ÖZÜDÜR
Düz-əməlli seçki kampaniyası keçirən, mitinqlərdə seçicilərlə görüşüb, vədlər verən təkcə Berdymukhamedovdur. O hətta ölkədə səadət sarayları, şadlıq evləri, iri məscidlər tikməyi də söz verir.
Moskvadan Orta Asiya üzrə şərhçi Arkady Dubnov deyir ki, Türkmnəistanda baş verənləri sözün heç bir mənasında seçki adlandırmaq olmaz:
"Bu, bir mərkəzdən idarə olunan və avtokratik rejimi legitimləşdirmək üçün təşkil edilən şoudur. Legitimləşdirmə isə rejimə ona görə lazımdır ki, ölkədən qıradakı nüfuzlu dairələrlə əlaqələr qura, sazişlər imzalaya bilsinlər."
Dubnov deyir ki, elə Qərbin də gözləntiləri çox yüksək deyil. Onlar elə seçki istəyirlər ki, sonra deyə bilsinlər ki, bax Türkmənistan demokratiya yolunda kiçik addımlarla da olsa, irəliləyir.
CAMAATI NƏ MARAQLANDIRIR?
Türkmənistan öz sakinlərinə gəlincə isə, Abadan bazarında alver edən 36 yaşlı Oraz deyir ki, “hər kəs seçkinin necə olacağını bilir və vecinə də deyil”.
25 yaxşlı Maksat isə Reutersə deyib ki, onun üçün əsas qiymətlərin qalxmamağıdır. Çünki, hökumət benzin və su üçün subsidiyalar ayırır. Odur ki, indi benzinin bir litrinə 22 cent pul verirlər, ət bahalanandan sonra kilosu 5 dollara çatıb, qış soyuq keçdiyindən meyvə-tərəvəzin qiyməti arta bilər.
MÜXALİFƏT HANI?
O ki qaldı Türkmənistanın əsl müxalifətinə, onlar indi sürgündədirlər. Avstriyaya qaçan Respublika Partiyasının sədri Murmukhammad Khamanov deyir ki, prezident ötən il Abadandakı silah anbarında partlayış zamanı siyasi islahat vədi verib, müxalifətçiləri ölkəyə qayıdıb seçkiyə qatılmağa dəvət eləmişdi: "Ancaq bunlar boş vədlər idi, heç bir ağlı başında olan adam geri dönməz, çünki təhlükəsizliyinə təminat yoxdur."
Qaz ehtiyatlarına görə dünyanın 4-cü ölkəsi olan Türkmənistan 1991-ci ildən bu yana öncə Rusiya, sonra isə Çinlə iqtisadi əlaqələr qurub. Uzun müddət Qərb şirkətlərinə qaz hasilatı üçün vədlər versə də, hələ əməkdaşlıq reallaşmayıb.
Sərhədsiz Reportyorlar təşkilatının Mətbuat Azadlığı İndeksində Türkmənistan ancaq Şimali Koreya və Eritreyanı qabaqlayır.
Human Rights Wacth isə sonuncu hesabatında burada insan haqlarına dəhşətli məhdudiyyətlər qoyulduğunu deyir.