Fevralın 15-də iki müsabiqə başlanır: “Ədəbi Azadlıq-2012” şeir müsabiqəsi və “Ədəbi Azadlıq-2012” hekayə müsabiqəsi.
Mükafatları notebook-lar, netbook-lar və e-kitab oxuma qurğuları olan müsabiqələr Azadlıq Radiosunun ədəbiyyat portalı – Oxuzali.az-da keçirilir.
Amma bütün məlumatlar ilk olaraq “Oxu zalı”nın Facebook səhifəsinə - yerləşdiriləcək.
Müsabiqələrə indiyəcən İnternet məkanında çap edilməmiş əsərlər qəbul ediləcək.
Hekayələr üçün heç bir mövzu məhdudiyyəti yoxdur. Şeir müsabiqəsinin teması isə Sevgidir.
Hekayələrə maksimum işarə həddini oxucularımızın xahişini nəzərə alaraq bu il ləğv edirik.
Hər müəllifdən yalnız 1 hekayə qəbul edilir.
Şeir müsabiqəsinə isə hər müəllifdən maksimum 2 şeir qəbul edilir (ümumi həcmi 70 misradan artıq olmamaq şərtilə)
Müsabiqələrdə təxəllüslə iştirak etmək olmaz.
Hər bir kəs həm hekayə, həm də şeir müsabiqəsinə qatıla bilər.
HEKAYƏ MÜSABİQƏSİ HAQDA ƏTRAFLI
Ötən iki ildə olduğu kimi hekayə müsabiqəsi 3 mərhələdə keçiriləcək. Hekayələr münsiflərə imzasız təqdim ediləcək.
İlk mərhələdə münsiflərin hər biri hekayələrin içindən ən yaxşı hesab etdiyi 10 hekayəni seçib 1-dən 10-can balla qiymətləndirəcək.
Münasiflərin ilk mərhələdə verdikləri ballar əsasında müsabiqənin 10-luğu müəyyən ediləcək.
İkinci mərhələdə 10-luq – müəlliflərin adı göstərilməklə - “Oxu zalı”nda səsverməyə çıxarılacaq.
Bu dəfə - oxucular öz seçimini edəcək.
Və üçüncü mərhələdə münsiflər 1-ci, 2-ci və 3-cü yerlərin sahiblərini müəyyən etmək üçün 10-luqdakı hekayələrə əlavə ballar verəcəklər.
Onlar oxucuların səsverməsinin nəticəsini nəzərə almaya da bilərlər.
Beləliklə 1-ci və 3-cü mərhələlərin nəticələrinə əsasən münsiflərdən ən çox bal alanlar müsabiqənin mükafatçıları olacaqlar.
Müsabiqənin baş mükafatı notebook-dur.
2-ci və 3-cü yerləri tutanlar netbook ve e-kitab oxuma qurğusu ilə mükafatlandırılacaq.
ŞEİR MÜSABİQƏSİ HAQDA DAHA ƏTRAFLI
Şeir müsabiqəsinin şərtləri hekayə müsabiqəsinə bənzəsə də, müəyyən fərqlər də var.
Müsabiqəyə təqdim edilən əsərlər münsiflərə müəllifi göstərilmədən, nömrələnərək təqdim olunacaq.
Hekayə müsabiqəsindən fərqli olaraq münsiflər birbaşa onluq yox, əvvəlcə iyirmilik, daha sonra onluq seçəcəklər, daha sonra onluq on-line səsverməyə çıxarılacaq, ən nəhayətdə isə münsiflər onlara əlavə ballar verəcəklər, mükafatları 4 mərhələnin yekununda ən çox bal toplayanlar qazanacaq.
Şeir müsabiqəsinin də baş mükafatı notebook-dur. 2-ci və 3-cü yerlərin sahiblərinə də
bahalı hədiyyələr təqdim olunacaq.
Bu il müsabiqələrimizin yekununda çap edəcəyimiz kitabda 50 seçmə hekayə ilə yanaşı münsiflərin ən çox diqqətini cəlb etmiş 50 müəllifin şeirləri də yer alacaq.
Müsabiqələrə qatılanlar şeirlərini, hekayələri bu ünvana göndərə bilərlər: oxuzali@azadliqradiosu.az
Əsərlər fevralın 15-dən martın 15-i saat 22 00-a qədər qəbul ediləcək.
(Hələ ki qəbul edilmiş əsərlərin sayı - 152)
Hekayə müsabiqəmizin 2010-cu ildəki qalibi yazıçı Eyvaz Zeynalov ("Əli metroda işləyir" hekayəsi ilə), 2011-ci ildəki qalibi isə gənc yazar Musa Əfəndi ("Onları yol apardı" hekayəsi ilə) olub.