Bakıya «Eurovision 2012»-yə gələnləri robotlar qarşılayacaq

«Eurovision» Mahnı müsabiqəsinin keçiriləcəyi «Bakı Kristal Zalı»

«Eurovision 2012» mahnı yarışmasına nə az, nə çox düz 100 gün qalır. Bakı minlərlə Avropalını necə qarşılayacaq, hazırlıqar necə gedir?
Ölkəyə gələcək turistlərin üzünə ilk açılan Heydər Əliyev adın Hava Limanıdır. Biz də ilk olaraq hava limanındakı hazırlıqlara maraqlandıq.
«TURİSTLƏRİ ROBORT ADAMLAR QARŞILAYACAQ»
AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli deyir ki, «Eurovision 2012» Mahnı yarışmasının iştirakçıları və qonaqlara xidmət göstərilməsi üçün xüsusi tədibirlər planı hazırlanıb, işçi qrupu yaradılıb. Məhərrəm Səfərlinin sözlərinə görə, hazırda hava limanında təmir işləri gedir, tərtibat yenilənir, ərazi genişləndirilir. Bundan başqa uçuş heyyəti, bələdçilər, mühafizə xidməti əməkdaşları və digərləri üçün ingilis dilində kurslar təşkil olunub:
«Hava limanında robot adamlar quraşdırılacaq. Qonaqlar sərhəd xidmətindən keçən kimi həmin robotlar onları istiqamətləndirəcək, məsələn deyəcək ki, kafeyə nəcə getmək olar, çıxışa necə keçmək olar və s. Hava limanı ərazisində təhlükəsizlik barədə informasiyalar verəcəklər. Şimal və Cənub terminalınlarının çıxışında, departasiya zalında, əsas zalda bu robotlar yerləşdiriləcək».
Məhərrəm Səfərli deyir ki, xarici qonaqlar avtobuslarla şəhərə çatdırılacaq. Bundan başqa aviasiya təhlüksəziliyi, gömrük təşkilatı və viza xidmətinin yüksək səviyyədə təşkili üçün ciddi hazırlıqlar gedir.
«BAKI 20 MİNƏ YAXIN QONAQ QƏBUL EDƏ BİLƏR»
Hava limanından gələn qonaqlar və iştirakçılar isə həm otellərdə, həm də xüsusi evlərdə yerləşdirilə bilərlər. Bunu isə Azərbaycan Turizm Assosiyasiyasının idarə heyyətinin sədri Naib Bağırov deyir. Onun bildirməsinə görə, qonaqlara seçimlərindən asılı olaraq otellər, villalar, evlər təqdim ediləcək:

Heydər Əliyev adın Hava Limanı

«Bakı şəhəri ətrafındakı otellər turistləri qəbul etmək üçün tam hazırdır. Ümumilikdə 20 min nəfər qəbul edə bilərik, onlardan 11 mini otellərin payına düşür».
Naib Bağırov deyir ki, bütün otellərdə post terminallar quraşdırılıb və istənilən plastik kartlarla ödəniş etmək mümkün olacaq.
Bundan başqa Bakını görmək istəyən qonaqlar üçün müxtəlif tur proqramları hazırlanıb. Həmin turlar Bakı, Qobustan və ölkənin digər regionlarına səfərlər nəzərdə tutur. Naib Bağırov bir tur proqramının neçəyə başa gəlməsi barədə heç bir məlumat vermədi.
24 SAAT İŞLƏYƏN KAFELƏR, İNGİLİS DİLLİ OFİSİANTLAR...
May ayında ölkəyə gələcək qonaqlara yüksək səviyyədə xidmət göstərilməsi üçün isə Bakı şəhər İcra Hakimiyyətinin Xidmət və ticarət Departamentinə tapşırıqlar verilib. Bu departamentin əməkdaşı Əliabbas Bağırov bildirir ki, «Eurovision» ərəfəsində paytaxtdakı kafe, restoran, bar və klubların 24 saat ərazində xidmət göstərəklər. Bütün obyektlərdə menyular ingilis dilində yenidən tərtib olunacaq, qonaqlara xarici dil bilən işçilər xidmət edəcək.
Əliabbas Bağırov həmçinin deyir ki, paytaxın müxtəlif ərazilərdə milli suvinerlərin satılması üçün səyyar satış köşkləri yaradılacaq.
Bakı şəhər İcra Hakimiyyətinin Başçısı Hacıbala Abutalıbov da Eurovisionun rəzmi açarının qəbul etmə mərasimində Bakının ev sahibliyinə tam şəkildə hazır olduğunu bildirib.

Natiq Cəfərli

MÜSABİQƏ ƏRƏFƏSİNDƏ YAĞIŞ YAĞARSA...
İqtisadçı ekspert Natiq Cəfərli isə vergidən yayınmanın qarşısını almaq üçün ölkədə çoxdan qurulmalı olan post terminalların, «Eurovision»a görə bir çox görülməli işlərin nəhayət yada düşməsinə müsbət qarşılayır. Amma onu da əlavə edir ki, Azərbaycanın cəmi yüz gün ərzində müsabiqənin yüksək səviyyədə təşkili ilə bağlı fikirləri mülahizədir:
«Adicə son vaxtlar havanın pisləşməsi ilə üzə çıxan problemlər sübut edir ki, Bakının infrastrukturu, Bakıda yaradılacaq şərait yüksək səviyyədə müsabiqənin keçirilməsinə imkan verməyəcək. Heç kim qarantiya verə bilməz ki, müsabiqə ərəfəsində Bakıda hava yağmurlu olmayacaq. Əgər yağış yağsa şəhərdə yaranacaq göllər gələn qonaqlarda heç də xoş təsir yaratmayacaq».
«Eurovision 2012» mahnı müsabiqəsinin biletləri isə fevralın 28-dən satışda olacaq. Biletlərin qiyməti haqda isə məlumat yoxdur.
«Eurovision 2012»-nin birinci yarımfinalı mayın 22-də, ikinci yarımfinalı mayın 24-də, finalı isə mayın 26-da olacaq.
Şounun «Bakı Kristal Zalı»nda keçiriləcəyi gözlənilir.