Dünyadakı böhran Azərbaycanın şansını artırır. Bakı 2020-ci il Olimpiya Oyunlarına ev sahibliyi edə bilər.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə AzadlıqRadiosuna belə deyir:
«Beynəlxalq ekspertlərin fikrinə görə, Azərbaycanın şansı çox yüksəkdir. Ümid edirik ki, nəyəsə nail ola biləcəyik».
«BAKI İSTANBULA UDUZUR»
«Romanın ardınca Madrid də namizədliyini geri götürə bilər. İtaliyadan sonra İspaniya hökuməti müzakirələr aparır».
Bunu da «Futbol+» qəzetinin redaktoru Mahir Rüstəmli deyir. Bəzi şərhçilər isə ötən ilki sunami və zəlzələdən sonra hələ də özünə gəlməyən Yaponiyanın da ev sahibliyindən uzaqlaşdırılacağını düşünürlər:
«İndi əsas 4 namizəd var: Bakı, İstanbul, Doha, Tokio. Dohada da Dünya Çempionatı keçirilməlidir. Ona görə ardıcıl 2 nəhəng idman tədbirinin Qətərə verilməsinə bədbin yanaşıram. Burda ardıcıllıq da gözlənir. İstanbul Çempionlar Liqasının final oyununu qəbul edib. Bu, futbolda ən nüfuzlu oyunlardan biridir. Bunu uğurla qəbul edib yola vermək o deməkdir ki, başqa turnirə də iddianı irəli sürə bilərsən. Bu mənada Bakı haradasa İstanbula uduzur».
Bəs idman infrastrukturuna görə Bakı İstanbula uduzurmu? Mahir Rüstəmli əmindir ki, bu gün uduzsa belə, bunu aradan qaldırmaq mümkündür. Onun fikrincə, Azərbaycanın indiki iqtisadi gücü olimpiya oyunları üçün lazım olan stadionları,
zalları tikməyə imkan verəcək.
MOK vitse-prezidenti Çingiz Hüseynzadə:
«İnfrastruktur onsuz da hər bir ölkədə yaradılır. Möhkəmləndirilir. Azərbaycanda isə olimpiya stadionu tikiləcək. Olimpiya parkı, olimpiya şəhərciyi salınacaq, başqa idman yarışları üçün qurğular, idman zalları, hovuz tikiləcək».
QARABAĞ, DEMOKRATİYA, AZADLIQLAR
Mahir Rüstəmliyə görə, Azərbaycanın başlıca maneəsi Qarabağ münaqişəsidir.
- Qarabağ münaqişəsi o vaxta qədər mütləq həll olunmalıdır. Olmasa... Məncə, BOK buna mütləq fikir verəcək və təhlükəsizlik məsələlərini nəzərə alacaq.
- Ən başlıca maneə o zaman Qarabağ münaqişəsi ola bilər?
- O da var. Təbii ki, insan haqları, azadlıqlar, demokratiya məsələsi də var, olimpiada keçirilən ölkədə buna da fikir verilir.
- Çində də insan haqları ilə bağlı problemlər vardı. Amma buna rəğmən olimpiada keçirildi.
- Hər halda, Çin nəhəng idman dövlətidir. Çin son olimpiadalarda qaliblik uğrunda mübarizə aparır. Medal sayına görə ABŞ, Rusiya kimi idman nəhənglərini qabaqlayır da. Çinin niyyətinin arxasında idman uğurları vardı.
Amma təbii ki, Azərbaycan Çin miqyasında idman ölkəsi deyil.
«BİZDƏ QARABAĞ PROBLEMİ VAR, ONLARDA TERROR»
MOK vitse-prezidenti Çingiz Hüseynzadə isə Mahir Rüstəmli ilə razılaşmır.
«Bizdə Qarabağ problemi var. Onlar da terrorizm problemi var. Hər ölkənin öz problemi var. Biz 8 il sonrakı tədbirdən danışırıq. O zamana kimi o məsələlərin çoxu həll edilə bilər».
AZƏRBAYCAN BORCLU QALMAZ Kİ?
Bəs Azərbaycan Olimpiya Oyunlarına nə qədər xərcləmək istəyir? Bu il olimpiya oyunlarının keçiriləcəyi İngiltərə Beynəlxalq Olimpiya Komitəsinə müraciətində 2.5 milyard funt sterlinq xərcləyəcəyini demişdi. Amma bu rəqəm sonradan 5 dəfə artıb. Məbləğin bir qismi yeni idman qurğularına, zalların tikintisinə, böyük qismi isə anti-dopinq yoxlamalarına xərclənib. Bundan başqa, metronun təmirinə, təhlükəsizlik tədbirlərinə üst-üstə 10 milyard funt sterlinq pul qoyulub.
Çingiz Hüseynzadə deyir ki, Azərbaycanın Olimpiya Oyunlarına nə qədər xərcləmək istədiyini deyə bilməz: «Hesablamalar göstərər. Biz bu hüququ qazanandan sonra bu məsələlər dəqiqləşdiriləcək».
Çin isə 2008-ci ildə Olimpiya Oyunları üçün təxminən 40 milyard dollarından keçib. Təkcə «Quş yuvası» stadionu bu ölkəyə yarım milyard dollara başa gəlmişdi. Yeni hava limanı tikintisinə 3 milyard vəsait ayırmışdı. Bu bədxərclik qınaqlarla rastlanmışdı hətta.
Bir məlumatı da deyək. Bəzən ölkəyə turist axınına bel bağlayan, investisiya cəlb edəcəyini düşünən ev sahibi dövlətlər Olimpiya Oyunlarından sonra borclu qalırlar. Məsələn, Avstraliyanın 2000-ci il olimpiadasından sonra 1 milyard dollar borcu qaldı. 2004-cü ildə Olimpiya Oyunlarına 15 milyard xərcləyən Yunanıstan bu gün də borc ödəyir.
Soçidə 2016-cı ildə keçiriləcək Qış Oyunlarına isə artıq 30 milyard dollar xərclənib ki, bu da rekord məbləğ sayılır.