Neçə gündür haqqında söhbət açılan 62 Berlin Beynəlxalq Film Festivalı (8-19 fevral) başa çatıb.
France-Presse Agentliyi xəbər verir ki, «Qızıl Ayı» mükafatını rejissor qardaşlar- Paolo ve Vittorio Taviani-nin «Cesare deve morire» (Sezar ölməlidir) adlı filmi qazanıb.
Münsiflər heyyəti «Sezar ölməlidir» filminin ən yaxşı film seçildiyini açıqlayıb və səkkizinci dəfə italyan filmi «Qızıl ayı» sahibi olub.
Film ağ-qara və rəngli təsvirlərlə çəkilib. Shakespeare-in «Yuli Sezar» pyesinin köhnə rejimli bir Roma həbsxanasında tamaşaya qoyulmasından bəhs edir.
Mükafatı alan rejissor qardaşlardan biri - Paola Taviani həbsxanada filmə çəkilən dustaqların adlarını da səsləndirib, o biri qardaş - Vittorio isə bu mükafatı onlara ünvanladığını bildirib və əlavə edib ki, hətta ömülük məhkum olunanlar da insanlığını qoruyub saxlaya bilir.
«Ən yaxşı rejissor » nominasiyasında «Gümüş Ayı»nı alman rejissor Kristian Petsoldun «Barbara» filmi alıb. Film vaxtilə Sovet Almaniyasından Qərbə qaçdığına görə əyalətə sürgün edilən bir həkimin taleyindən bəhs edir.
«Ən yaxşı ssenarist» nominasiyasında «Gümüş Ayı» real hadisələrə əsaslanan «Kraliça və doktoru» filminə verilib.
«Ən yaxşı film » nominasiyasında «Ancaq külək» (Csak a szel) adlı macar filmi «Gümüş Ayı»ya sahib olub. Filmin rejisoru Bence Fliegauf münsiflər heyətinin böyük mükafatını- Qran-Prini alıb.
Film qaraçıların 2008--2009-cu illərdə Macarıstanda gerçəkləşdirilmiş silsilə qətllərindən bəhs edir.
«Ən yaxşı qadın» oyunçu nominasiyasında «Gümüş Ayı»ya Kongolu aktrisa Rachel Mwanza sahib olub.
Rachel Mwanza mükafatı kanadalı rejissor Kim Nguyen-in «Rebelle» adlı filmindəki roluna görə alıb.
«Ən yaxşı kişi» «Gümüş Ayı» mükafatı Nikolaj Arcel-in «Kraliça və doktoru» adlı filmindəki 7-ci Danimarka kralı - Christian-ı canlandıran danimarkalı aktyor Boe Folsgaard-a verilib.
Alman kameraman Lutz Reitemeier «Ağ maralın ölkəsi» (Bai Lu Yuan) adlı Çin filmindeki çalışmalarına görə «Gümüş Ayı» mükafatına layiq görülüb.
Nüfuzlu «Berlinale» kino festivalı «Cannes» festivalından sonra ikinci sayılır.
Biletləri festivalın başlanmasından öncə satışa çıxarılır və böyük növbələrlə satılır.
Bu il 18 film «Qızıl Ayı» uğrunda yarışırdı.
Bu filmlərin arasında Azərbaycan filmi yox idi.