Rusiya prezidenti Dmitry Medvedev fevralın 20-də müxalifət liderləri ilə görüşüb, onlarla siyasi partiyaların qeydiyyatdan keçirilməsinin sadələşdirilməsi və digər siyasi islahatlar barədə danışıb.
Medvedevin görüşdüyü müxalifət təmsilçiləri məhz qeydiyyatı rədd edilən partiyanın nümayəndələri olub. Onlar həm də dekabrda keçirilən parlament seçkilərində səslərin saxtalaşdırıldığını iddia edərək kütləvi nümayişləri təşkil edənlərdir.
On minlərlə insanın iştirak etdiyi etiraz aksiyaları həm də 4 mart seçkilərində namizədliyini irəli sürmüş baş nazir Vladimir Putin üçün bir sınaqdır.
PUTİN VƏ MEDVEDEV İSLAHATLARI
Etirazları yatırmaq üçün görünür Putin və Medvedev daha çox siyasi rəqabət mühitinin yaranması üçün müəyyən islahatlar təklif etmək qərarına gəliblər.
Dekabrda etirazlar başlayandan sözügedən görüş müxalifətlə Kreml arasında ilk yüksək səviyyəli açıq görüşdür.
Müxalifət liderləri ilə danışıq prezidentin Moskva ətrafındakı Qorki iqamətgahında baş tutub. Görüşdə müxalifətdən sabiq baş nazir müavini Boris Nemtsov, liberal siyasətçi Vladimir Ryzhkov, solçuların lideri Sergei Udaltsov və digər Kreml tənqidçiləri iştirak ediblər.
Görüş başlar-başlamaz Medvedev deyib ki, «idealdan uzaq olan» siyasi sistemi müzakirə etmək niyyətindədir:
«Bizim siyasi sistem idealdan çox uzaqdır və burada olanların çoxu məhz bunu tənqid edir, bəzi hallarda isə çox sərt. Eyni zamanda yaxşı olar ki, istənilən siyasi dəyişiklik ictimaiyyət tərəfindən qəbul edilən ideyalara əsaslansın. İnanıram ki, bunu etməyin vaxtı çatıb».
MEDVEDEVİN CAVABI TƏƏCCÜB DOĞURUB
Rusiya mətbuatının yazdığına görə, müxalifət liderləri etirazçıların tələblərinə əsaslanan siyasi islahatlara dair qətnaməni Medvedevə təqdim ediblər.
İnterfax xəbər agentliyinin yazdığına görə, Dövlət Dumasının aşağı palatasına təqdim olunan prezidentin irəli sürdüyü islahatlar layihəsi «siyasi həyatın əsl demokratikləşməsinə təminat vermir və açıq-aydın propaqanda çalarlı imitasiyadır».
Görüşün əvvəlində Nemtsov da bildirib ki, tələbləri «siyasi məhbus» adlandırdıqları müxalifətçilərin azadlığa buraxılması və konstitusiyaya bir şəxsin üç dəfə prezident seçilməsinə qadağa qoyan dəyişiklik edilməsidir.
Görüşdən sonra Nemtsov yerli telekanallardan birinə bunları deyib:
«Bu gün baş tutan görüşdən sonra mənə aydın olan odur ki, Medvedev tarixə 4 ilini Kremldə keçirən və heç bir iş görməyən bir lider kimi düşmək istəmir. 37 siyasi məhbusun olduğu siyahını Medvedevə verdim və təklif etdim ki, bu insanları azadlığa buraxmaq üçün öz konstitusion haqqından istifadə etsin. Mən Medvedevə təklif etdim ki, bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə qadağa qoyulmalıdır. Təəccüblü olan mənim təklifim deyil, bu zatən hamıya məlumdur, Medvedevin reaksiyasıdır. Medvedev dedi ki, o, bu barədə çox düşünüb və hesab edir ki, iki dəfədən çox seçilmək həddən artıqdır».
PUTİN İKİNCİ TURLA ÜZLƏŞƏCƏYİNİ DEYİR
Mart ayında keçiriləcək seçkidən sonra yenidən prezident kürsüsünə geri qayıdacağı gözlənilən Putinin müxalifət liderləri ilə görüşəcəyi barədə hər hansı açıqlaması olmayıb.
Rusiyanın hakimiyyət yönümlü təşkilatının apardığı sorğunun nəticəsinə görə, martın 4-ü keçiriləcək seçkinin birinci turunda Putin 58,6 faiz səs toplayacaq.
Rusiyanın İctimai Fikirləri Tədqiqat Mərkəzinin rəhbəri Valery Fyodorov fevralın 20-də keçirdiyi mətbuat konfransında sorğunun nəticələrini açıqlayıb:
«Vladimir Putin 58,6 faiz səs çoxluğu ilə qalib gələcək. Gennady Zyuganov ikinci yerdə qərar tutacaq, səslərin 14,8 faizini toplayacaq. Vladimir Zhirinovsky isə 9,4 faiz səslə üçüncü olacaq».
Mərkəz sorğunu 1600 respondent arasında keçirib.
Artıq iki dəfə prezident seçilmiş Putin 2000-ci ildə keçirilən birinci seçkidə səslərin 53 faizini, 2004-cü ildə keçirilən seçkidə isə 71 faizini toplayıb.
Bu ayın əvvəlində isə Putin bildirib ki, seçkidə ikinci raundla üzləşəcəyini düşünür, onu da bildirib ki, bunun Rusiyanın siyasi stabilliyini zədələyəcəyindən narahatdır.