Moskvada halal taksilər peyda olub

Arxiv

Halal taksi xidməti təkcə müsəlmanlar yox, başqaları üçün işləyəcək. Hər kəs öz İstədiyi millətin sürücüsünü seçə biləcək
İndi Moskva sakinləri də halal taksi xidmətlərindən yararlana bilirlər. Artıq fevralın 15-dən etibarən "TAXİ Halal” firması fəaliyyətə başlayıb.

Bu taksinin sürücülərinin hamısı müsəlmanlardır. Xidmətdən istifadə edənlər arzuladıqları millətin nümayəndəsini sürücü qismində sifariş edə bilərlər:

“Hər kəs özünə yaxın, öz mentalitetinə uyğun hesab etdiyi millətin sürücüsünü sifariş edə bilər. Müştərilər əmin ola bilərlər ki, öz dünya görüşlərinə uyğun formada lazımi yerə aparacaqlar”.

XRİSTİANLAR DA HALAL TAKSİ SİFARİŞ EDƏ BİLƏR

Halal taksi maşınlarında siqaret çəkilmir, hündür musiqi səslənmir. Xidmətin rəhbəri Pavel Siqaçov deyir ki, onlar müştərini aldadıb ondan artıq pul almaq praktikasına qətiyyən imkan verməyəcəklər:

“Bizim taksi təkcə müsəlmanlara yox, xristianlar, iudeylərə də xidmət göstərəcək. Axı “halal” anlayışı, yəni nəyin məhrəm, nəyin naməhrəm olması məsələsi tək müsəlmanlar üçün deyil, bütün dinlər üçün keçərlidir”.

BİZNES-KLASS HALAL TAKSİSİ DƏ VAR

“Halal taksi” xidmətində adi maşınla yanaşı, biznes-klass taksi, həmçinin avtobuslar və yük avtomaşını da sifariş etmək mümkündür. Adi avtomobil gəzintisindən əlavə, burada müştəriləri həmçinin şəhər üzrə ekskursiya, yüklərin daşınması, kuryer xidmətləri və işçilərin lazımi yerə çatdırılması ilə də təmin edirlər.

Hələlik Moskvanın “Halal taksi”sində müsəlman qadın sürücülər yoxdur. Yaxın aylarda firma rəhbərliyi bu məsələni də həll edəcəyinə söz verir.

Bu vaxta qədər Rusiya ərazisində halal taksi maşınları yalnız Kazan və Ufada mövcud idi. Moskvada isə provaslavlar üçün nəzərdə tutulan “Troyka” taksiləri işləyirdi.