Milli Azərbaycan Tarixi Muzeyində dünya şöhrətli Norveç alimi və səyyahı Thor Heyerdahla həsr olunmiş “Thor Heyerdal – Kon Tiki adamı” (“Thor Heyerdahl – The Kon-Tiki man”) sərgisinin açiliş mərasimi keçirilib.
Sərgidə Thor Heyrdahlın həyat və fəaliyyətini əks etdirən posterlər, ekspedisiyalar zamanı istifadə olunan avadanlıqlar və qısametrajlı film nümayiş etdirilib.
APA-nın məlumatına görə, tədbir Norveç Krallığının paytaxtı Oslo şəhərində yerləşən Kon-Tiki muzeyi, Norveçin Azərbaycandakı səfirliyi və Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən təşkil edilib.
Sərgidə görkəmli alimin oğlu kiçik Thor Heyerdahl çıxış edərək atası və ailəsi haqqında ətraflı məlumat verib. Norveçin Azərbaycandakı səfiri Erling Şönzberg qeyd edib ki, bu cür tədbirlər Azərbaycan və Norveç əlaqələrini daha da möhkəmləndirir.
Tədbirin sponsoru Norveçin “Statoil” şirkətidir.
Sərgi mayın 31-dək fəaliyyət göstərəcək.
Xatırladaq ki, 2014-cü ildə Norveç etnoqrafı və arxeoloqu Thor Heyerdahlın 100 yaşı tamam olacaq.
Ötən ilin oktyabrında Bakıda onun şərəfinə böyük konfrans təşkil olunmuşdu.
Thor Heyerdahlın ölümündən sonra ilk dəfə keçirilən 4 günlük konfransın mövzusu “Norveç qəhrəmanının” həyatı və tədqiqatları idi.
Həmin vaxt Betty Blairin rəhbərliyi ilə Thur Heyerdahlın ilk dəfə Azərbaycan dilinə tərcümə olunmuş «Adəmin izləri ilə. Xatirələr» və «Tur Heyerdal: Sərhədləri aşaraq, dənizləri aşaraq—Azərbaycanla əlaqələr» kitabları da təqdim olunmuşdu.