Azad Avropa/ Azadlıq radioları korporasiyasının prezidenti Xədicə İsmayılovanın şantaj edilməsini pisləyir


Naməlum şəxslər AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılovanı şantaj etmək cəhdi göstərib. Martın 7-də jurnaslitin ev ünvanına gələn poçtda onun susması tələb olunur, əks halda intim şəkillər yaymaqla onun rüsvay ediləcəyi yazılır.

AZAD AVROPA/ AZADLIQ RADİOLARI KORPORASİYASI HADİSƏNİ PİSLƏYİR

Azad Avropa/ Azadlıq radioları korporasiyası bəyənat yayaraq Xədicə İsmayılovaya qarşı təzyiqləri kəskin pisləyib. Korporasiyanın prezidenti Steven Korn insidenti “mədəni cəmiyyət üçün yolverilməz olan iyrənc şantaj cəhdi” adlandıraraq, bildirib: "Biz Xədicə ilə fəxr edir, onu və onun fəaliyyətini tam dəstəkləyirik” .

S.Korn Xədicə ilə şəxsən görüşmək niyyətində olduğunu da bildirib.


XƏDİCƏ İSMAYILOVA FACEBOOKDA YOLUNDAN DÖNMƏYƏCİYİNİ DEYİR

Hadisə ilə əlaqədar Xədicə İsmayılova Facebook şəbəkəsində müraciət yayaraq şantaj cəhdinin özünün jurnalist fəaliyyəti ilə bağlı olduğunu yazır. O xatırladır ki, son vaxtlar dövlət rəhbərlərinin gizli bizneslərini üzə çıxarıb, İlham Əliyeviin ailə üzvlərinin ofşor şirkətləri haqda araşdırmalar aparıb.

Xədicə İsmayılova əlavə edir ki, hazırda da hakim ailənin gizli iqtisadi maraqlarını üzə çıxarmaq üçün yeni araşdırmalar aparır və dövlət orqanlarına sorğular göndərir. Odur ki, Azərbaycanda indiyə qədər söz azadlığına qarşı qeydə alınan təzyiqləri nəzərə alaraq martın 7-də baş verən xoşagəlməz hadisəni sürpriz saymır.

Heç bir təzyiq qarşısında fəaliyyətini dəyişməyəcəyini bəyan edən X.İsmayılova Azərbaycanın siyasi hakimiyyətini çağırır ki, öz məsuliyyətlərini dərk edib müvafiq tədbir görsün.

XƏDİCƏ İSMAYILOVANIN BƏYƏNATI