Avropa Birliyi bu klipə görə üzr istəməli oldu

Avropa Birliyinin genişlənməsini və dəyərlərini təbliğ etmək üçün 127 min avroya çəkilən “Birlikdə böyüyək” video-klip əks-effekt verib. Minlərlə adam klipin irqi və cinsi ayrıseçkilik salmasınndan şikayət edəndən sonra Avropa Komissiyası klipi internetdən yığışdırıb və üzr istəməli olub.

Klipdə qıyıqgöz Kunq Fu ustası, Braziliyadan olan qaradərili Kapoera döyüş-rəqsi ifaçısı və Hindsitandan Kalaripayattu ustası Avropanı təmsil edən bir qadını hürkütmək istəyir – amma sonra qadın onları “yola gətirir”.


http://www.youtube.com/embed/aPYTxb03U08